Türkiyədə son sutkada koronavirusdan 64 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada koronavirusdan 64 nəfər dünyasını dəyişib
  • Cəmiyyət

  • Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 64 nəfər dünyasını dəyişib.

    LEQAL.AZ Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

    Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 min 94 nəfərə çatıb.

    Bildirilib ki, ölkədə 13 min 215 yeni yoluxma halı qeydə alınıb, bununla da yoluxanların ümumi sayı 2 milyon 793 min 632 nəfərə çatıb.

    Qeyd edilib ki, ötən gün koronavirusdan 8106 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 milyon 632 min 30 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər