Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 203 nəfər dünyasını dəyişib.
trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 15 103 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 6 420 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 545 711 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 5 017 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 436 270 nəfər təşkil edir.