Azərbaycan Respublikasında sutka ərzində koronavirus infeksiyasına 403 nəfər yoluxub, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 236 min 768 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 718 nəfər müalicə olunaraq sağalıb, 3241 nəfər vəfat edib. Aktiv xəstə sayı 3809 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 653 min 375 test aparılıb. Bugünkü test sayı isə 8169-dır.