Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasından 175 nəfər müalicə olunaraq sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 236 min 12 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 442 nəfər müalicə olunaraq sağalıb, 3235 nəfər vəfat edib. Aktiv xəstə sayı 3335 nəfərdir.

    Ötən müddət ərzində 2 milyon 635 min 770 test aparılıb. Bugünkü test sayı isə 7779-dur.
    PAYLAŞ:

    Oxşar xəbərlər