Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub

Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında sutka ərzində koronavirus infeksiyasına 353 nəfər yoluxub, 149 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 236 min 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 591 nəfər müalicə olunaraq sağalıb, 3536 nəfər vəfat edib. Aktiv xəstə sayı 3238 nəfərdir.

    Ötən müddət ərzində 2 milyon 645 min 206 test aparılıb. Bugünkü test sayı isə 9436-dır.

    PAYLAŞ:

    Oxşar xəbərlər