Ən böyük arzusu şəhadət olan şəhidimizin anası: “Dedi ki, vətənə borcumu verib, qayıtmalıyam” - FOTO + VİDEO

Ən böyük arzusu şəhadət olan şəhidimizin anası: “Dedi ki, vətənə borcumu verib, qayıtmalıyam” - FOTO + VİDEO
  • Cəmiyyət

  • II Qarabağ müharibəsində qanı ilə tarix yazan şəhidlərimizdən biri də Süleymanov Asim Məhərrəm oğludur. O, 18 fevral 2001-ci il tarixində Gəncə şəhərində doğulub.

    2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Asim Füzuli, Ağdərə, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

    Şəhidimizin anası Rahilə Məmmədova oxu.az-a bildirib ki, şəhadətə ucalmaq Asimin uşaqlıq arzusu olub: “O, Gəncə Dövlət Regional Kollecinin tələbəsi idi. Təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollandı. Çalışdım ki, təhsilini bitirdikdən sonra əsgərliyə getsin, lakin Asim razılaşmadı. Dedi ki, vətənə borcumu verib, qayıtmalıyam. Daha sonra təhsilimi davam etdirərəm”. 

    Qəhrəmanımız dörd noyabr tarixində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəzinə ucalıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Süleymanov Asim Məhərrəm oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 






    PAYLAŞ:

    Oxşar xəbərlər