Fransanın “musulmansenfrance” portalında “28 ildir ki, Xocalı Azərbaycanın Oradur-sur-Qlanıdır” adlı Xocalı soyqırımına dair yazı dərc edilib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, yazıda Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbirdən yazılıb. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin çıxışı video şəklində yayımlanıb.
Bildirilib ki, 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə Dağlıq Qarabağı zəbt etmək məqsədi ilə erməni silahlı qüvvələri bir gecədə 106-sı qadın, 83-ü uşaq və 70-i ahıl olmaqla 613 mülki sakini qəddarlıqla qətlə yetirərək, Xocalını yer üzündən sildiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, bu qətlyam Xocalıya “Azərbaycan Oradur-sur-Qlanı” adı qazandırıb. Belə ki, fransız kəndi Oradur-sur-Qlanda 644 mülki sakin faşistlər tərəfindən qətlə yetirilib.
Ermənistanın tanıdığı və azərbaycanlıların hələ də ağır travma kimi yaşadıqları Xocalı soyqırımı qurbanlarının xatiəsinin hər il fevralın 26-da yad edildiyi bildirilib.