Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb

Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb
  • Cəmiyyət

  • Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının dəstəyi ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar cinayətkarların cəzalandırılması və soyqırım qurbanlarının səsinin dünyaya çatdırılması məqsədilə "Raise your voice!" (Səsini yüksəlt!) kampaniyasına başlayıb.

    AZƏRTAC xəbər verir ki, kampaniya çərçivəsində gənclərimiz ağızlarını simvolik olaraq lentlə bağlayaraq, Ermənistanın xalqımıza qarşı törətdiyi amansız soyqırıma səssiz qalan dünyaya öz etiraz ismarıclarını çatdırıb, üzərində “Mən Azərbaycandanam. Xocalıya Ədalət tələb edirəm. Xocalı soyqırımının 613 qurbanı üçün susma!” yazısının əks olunduğu fotoları sosial şəbəkələr və mediada paylaşıblar.

    Kampaniya dünyanın müxtəlif ölkələrində böyük dəstək qazanıb və çox keçmədən dünya ictimaiyyəti gənclərin etirazına qoşulub. Kampaniya çərçivəsində xarici ölkələrin vətəndaşları “I demand #JusticeForKhojaly! Don’t be silent for the 613 victims of the Khojaly Genocide!” (Xocalıya Ədalət tələb edirəm! Xocalı soyqırımının 613 qurbanı üçün susma!) kimi yazılar əks olunan fotoları sosial şəbəkələrdə paylaşaraq, Azərbaycanın haqlı mövqeyinin və faciə ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında ölkəmizə dəstək nümayiş etdiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər