Xocalı soyqırımının ildönümü ilə əlaqədar Macarıstan hökumətinə bəyanat ünvanlanıb

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Macarıstan hökumətinə bəyanat ünvanlanıb
  • Cəmiyyət

  • Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq” Macar-Azəri Birgə Dostluq Cəmiyyəti və Azərbaycan Evi ölkənin dövlət qurumlarını 29 il əvvəl baş vermiş Xocalı soyqırımını rəsmən tanımağa çağırıb.

    Diasporla İş üzrə Dövlət Komitəsindən LEQAL.AZ-a bildiriblər ki, cəmiyyətin sədri və Azərbaycan Evinin direktoru Ramiz Əmirlinin imzası ilə Macarıstan parlamentinə və Xarici İşlər Nazirliyinə ünvanlanan bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının hərbçilərinin köməyi ilə Azərbaycanın Xocalı şəhərində soyqırımını törətdikləri və Avropa dəyərlərini, insan hüquqlarını kobudcasına tapdaladıqlarını qeyd edilib. Vurğulanıb ki, Xocalı əhalisi hərbi toqquşma zamanı deyil, əvvəlcədən düşünülmüş və planlaşdırılmış etnik təmizləmənin nəticəsində qətlə yetirilib. Xocalı soyqırımı zamanı insanlar xüsusi vəhşiliklə öldürülüb, meyitlər təhqirə məruz qalaraq tanınmaz hala salınıb.

    Diqqətə çatdırılıb ki, Xocalıda mülki əhaliyə qarşı törədilmiş qırğında soyqırımı cinayətinin elementlərinin mövcudluğu müəyyən edilib və bu kütləvi qırğını törədənlərin hələ də məsuliyyətə cəlb olunmaması gələcək cinayətlər üçün münbit zəmin yaradır. Bu cür dəhşətli cinayətlərin təkrarlanmaması naminə Xocalıda baş verənlər soyqırımı kimi qəbul edilməli və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər