Fevralın ilk günlərində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır

Fevralın ilk günlərində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır
  • Cəmiyyət

  • Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevral ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasından yüksək, bəzi yerlərdə isə normaya yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

    Xidmətdən LEQAL.AZ-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və normadan 2-4° yüksəkdir. Gecələr havanın temperaturunun 1-6°, gündüzlər 7-12°, bəzi günlərdə 2-5° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 21-24 millimetr) olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər