28-nə gözlənilən hava proqnozu

28-nə gözlənilən hava proqnozu
  • Cəmiyyət

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 774 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Noyabrın 28-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.

    Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Xəbərdarlığa görə, noyabrın 29-u axşamdan 30-u səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.

    Noyabrın 29-u gündüzdən 30-u gündüzədək Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir.

    Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti , gündüz 7-12° isti olacaq.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı proqnozlaşdırılır.

    Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-12° isti olacağı bildirilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.

    Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 7-12° isti olacağı ehtimal edilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 8-11° isti, dağlarda gecə 0-3°, gündüz 4-6° isti olacağı gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər