Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir

Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir
  • Cəmiyyət

  • Azərbaycanda yanvarın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

    Yanvarın 30-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-9° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.

    Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 30-da Abşeron yarımadasında sakit hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər