Rusiya əhalisi kəskin azalıb

Rusiya əhalisi kəskin azalıb
  • Cəmiyyət

  • Ötən il Rusiya əhalisinin sayı 510 min nəfər azalıb.

    report TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federal Dövlət Statistika Xidməti açıqlayıb.

    2021-ci il yanvarın 1-i vəziyyətinə əsasən, ölkə əhalisinin sayı 146 milyon 238 min təşkil edib.

    Xidmətin məlumatına görə, sonuncu dəfə bu cür azalma 15 il öncə qeydə alınıb. Belə ki, 2005-ci ildəki 143,8 milyon əhali sayı 2006-cı ildə 143,2 milyona enib.

    2007-2009-cu illərdə əhali sayı 142,7 milyona düşüb və 2010-cu ildən başlayaraq əhalinin sayımında artım qeydə alınıb. Beləliklə, 2012-ci ildə əhalinin sayı 143 milyonu, 2014-cü ildə 143,7 milyonu, 2015-ci ildə isə artıq 146 milyonu ötüb. 2017-ci ildən bu yana bu rəqəm 146,8 milyonun altına düşməyib. İlk kəskin azalma 2021-ci ildə qeydə alınıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər