Pərviz Fərhadov: Kamança mənim üçün həyat və ailəmin bir üzvü deməkdir

Pərviz Fərhadov: Kamança mənim üçün həyat və ailəmin bir üzvü deməkdir
  • Mədəniyyət

  • LEQAL.AZ saytının bugünkü qonağı Respublika və Beynəlxalq müsabiqələr qalibi, kamança ifaçısı Pərviz Fərhadovu yaxından tanıyaq:

    Fərhadov Pərviz Alastan oğlu 1989-cu il iyunun 19-da Füzuli rayonu Bala-Bəhmənli kəndində fəhlə ailəsində anadan olmuşdur. Çox keçmədən ailəsi Bakı şəhəri N.Nərimanov rayonuna köçmüşdür. 1996-cı ildə N.Nərimanov rayonu 45-saylı orta məktəbin I sinfinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi, məktəbin direktoru Məmmədova Nazilə tərəfindən tərifnamə ilə bitirmişdir. 1998-2004-cü illərdə Bakı şəhəri N.Nərimanov rayonu Q.Qarayev adına 8 saylı uşaq musiqi məktəbini əla qiymətlərlə bitirmişdir. Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuyarkən ilk müəlliməsi Muradova Şahnaz xanım olmuş və alətin ilk dəfə olaraq sirrlərini ondan öyrənmişdir. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olmuşdur. Sonralar musiqi təhsilini davam etdirmək üçün 2004-2007-ci ildə Bakı şəhər G.Şaroyev adına 35-saylı 11-illik musiqi məktəbini bitirmişdir. 2005-ci il 26-sı mayda N.Nərimanov rayonu Uşaq yaradıcılıq mərkəzi tərəfindən diplomla tətif olunmuşdur. 2007-2011-ci ildə Azərbaycan Respublikası xalq artisti, professor S.Kəriminin rəhbərlik etdiyi Milli Konservatoriyanı əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan Milli Konservatoriyasında Bakalavr təhsili alarkən İxtisas dərslərini Respublikanın Əməkdar müəllimi Afət Kazımovadan, Muğam dərslərini isə Respublikanın Əməkdar Artisti Elnur Əhmadovdan almışdır. Heydər Əliyev fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMK-nın dəstəyi ilə 2009-cu il dekabrin 4-dən bu günə kimi keçirilən “Gəncləşən muğam” 1,2,3.4,5 layihələrində iştirak etmişdir.
    2011-ci ildə Milli Konservatoriya, Təhsil Nazirliyi, Azərbaycan Dostları Mədəniyyəti Fondu, Heydər Əliyev fondunun və Bəstəkarlar İttifaqının birgə keçirdiyi (S.Kəriminin rəhbərliyi ilə) 2011-ci ildə II Respublika Muğam müsabiqəsinin qalibi olmuş və II Beynəlxalq muğam müsabiqəsinə vəsiqə qazanaraq Azərbaycanı təmsil etmişdir. Xanəndə Aytən Məhərrəmova və tarda Ədalət Behbudovla birgə 2011-ci ilin may ayının 6-da Füzuli rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Horadiz Muğam Mərkəzində "Ulu Öndərimiz Heydər Əliyevin" anadan olmasının 88-ci ildönümünə həsr olunmuş xilaskar adlı konsert proqramı ilə çıxış etmişdir. 2011-ci ilin may ayının 29-da Ümum Rusiya Azərbaycan Konqresinin təşkil etdiyi II Solo konsertimiz Bakı kinoteatrında Moskvada Respublika günü ilə əlaqədar olub. 2012-ci il fevral ayının 1-dən 11-nə kimi keçirilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin Gənclər gününə təşkil etdiyi “Gəncliyin səsi” festivalında Beynəlxalq muğam mərkəzində keçirilən konsert proqraminda çıxış etmişəm. 2010-cu ildə Ulan-Ude Buryatiya Respublikasinda keçirilən UNESCO (İOV)-nin təşkil etdiyi "Avrasiya Səsləri" V Beynəlxalq Festivalda Ölkəmizi təmsil etmişdir. 2012-ci ildə Ulan-Ude Buryatiya Respublikasında 18-23 sentyabrda keçirilən UNESCO (İOV) Ümumdünya xalq yardıcılıq təşkilatının prezidenti Carmen D.Padilla və Buryatiya Mədəniyyət Naziri T.G.TSYBİKOV –un təşkil etdiyi VII Beynəlxalq “Sounds of Eurosia” 2012 festivalının qalibi olmuşam və V Beynəxalq konqresdə də çixiş etmişdir. 2012-ci il 20-oktyabrda Azərbaycan Milli Kulinariya Assosiasiyası və UNESCO İOV-nın keçirdiyi Beynəlxalq Kulinariya Günündədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov tərəfindən diplomla təltif olmuşdur. 2012-ci ildə keçirilən 31-ci Türkiyə İstanbul Beynəlxalq kitab sərgisində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq kitab sərgisində konsert proqramı ilə çıxış etmişdir. 2012-ci ildə Dünya Gəncləri Dostluq və Dayanışma Derneyi “Lider Türk Dünyası –Lider genclerimin buluşma noktası təşkilatının təşkil etdiyi dekabr ayının 28-i Ankarada, 29-u İzmirde “Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş konsert proqramında çıxış etmişdir. 2011-ci ildə Xətrinə Dəymərəm adli musiqi albomları və 2012-ci ildə isə Qarabağ Canım Mənim adli musiqi albomları işiq üzü görmüşdür. 2013-cü ildə həmkarim Ədalət Behbudovla İnstrumental Kompazisiya adli ilk klipləri ve elecədə instrumental ifaları albom şəklində ərsəyə gəlmişdir. 2013-cü ildə Eurovision Contest Dunya mahni musabiqəsi yarişmasi zamani Buta Palaceda Azərbaycanın Final turunda çıxış etmişdir. 2013-cü il 13-may Çelyabinskidə Baki Şəhər Mədəniyyət və Turizm İdarəsinin xətti ilə Ulu Ondərimiz Heydər Əliyevin 90-illik yubileyile əlaqədər keçirilən festivalin qala kansertində kansert praqramı ilə çıxış etmiş, 2013-cü ildə Tacikistanda Azərbaycanin Tacikistandaki Səfiri Cənab Abbasəli Həsənovun dəsteyi ilə Ulu Ondərimiz Heydər Əliyevin 90-İllik yubileyi ilə əlaqədar kansert proqramında çıxış etmişdir. 2013-cü ildə keçirilən Azərbaycan Respublikasi Təhsil Nazirliyi və Azərbaycan Milli Kanservatoriyasinin birgə keçirtdiyi III Respublika İnstrumental muğam musabiqəsinin iştirakçısı olmuşdur. 2014-cu il mart ayının 14-də Füzuli Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət və Turizm şöbəsinin dəstəyi ilə Horadiz şəhər muğam mərkəzində Qarabağ Canım Mənim adli solo konsertləri olmuşdur. 2014-cü ilin mart ayinin 18-19-da Azerbaycanin Özbəkistandaki səfiri Cənab Hüseyin Quliyevin dəstəyi ilə Özbəkistan Respublikasının iki şəhərində Taşkənt və Səmərqənd şəhərlərində Azerbaycan –Özbəkistan dostluğu başlığı altında Novruz bayrami ilə əlaqədar solo konsertləri olmuşdur. 2014-cü il Rusiyanın Çita şəhərində keçirilən Budaşkinin adına Beynəlxalq Milli orkestrlər və ansambıllar konkursunun qalibi olmuşdur.

    2015-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Unesco və İsesconun xoşməramlı Səfiri, Azerbaycan Respublikasının I Vitse Prazidenti, Millət Vəkili Mehriban Xanım Əliyevanın və Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən IV Beynəlxalq muğam müsabiqəsinin birincisi olmuşam. 2014-2016-cı ildə ADMİU-nın Magistratura Pilləsini əla qiymətlərlə bitirmişdir. (Rektor Fərəh xanım Əliyeva) 2015-ci ildə eləcədə ADMİU tərəfindən diplomla təltif olmuşdur.

    2015-ci ildə Qazaxistanda keçirilən (İCTM) Beynəlxalq festivalda TURKSOY-un Prezidenti Düseyn müəllim tərəfindən diplomla tətif olmuşdur. 2018-ci İldə Litvada Beynəlxalq festival Skamba Kanklai-də Ölkəmizi təmsil etmişdir. Cumhuriyyətimizin 100-illiyi ilə bağlı Litvada Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə konsert vermişdir. 2017-ci ildə LAUKS-NOS Beynəlxalq Festivalda UNESCO-tərəfindən diplomla təltif edilmişdir. 2018-ci İldə Tonika Group MMC tərəfindən Odlar Yurdu Milli mükafatı almışdır. ARMTN-yi tərəfindən Xan əmi Şuşinskinin anadan olmasının 115 illiyi münasibətilə keçirilən festivalda Mədəniyyət Nazirliyi tərəfindən ən yaxşı müşayətçi diplomu ilə təltif edimişdir.
    2019-cu ildə Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi Cənab Tamerlan Qarayev tərəfindən təşkil edilmiş 28 May- Respublika Günü, eləcədə Azərbaycan Diplomatik Xidmət Orqanlarının 101 illiyi mününasibətilə Vilnusda təşkil edilmiş rəsmi qəbul zamanı qonaqlara “ AYPARA MUĞAM QRUPUNUN” ifasında kiçik konsert təşkil olunmuşdur. Aypara qrupu, həmçinin 2019-cu ildə 7- iyun tarixində Vilnusun ən populyar turistik məkanı hesab edilən Ujupios səmtində Ujupios Respublikasının Konstitsiyasının Azərbaycan dilinə tərcüməsi və bununla bağlı lövhənin açılış mərasimində çoxsaylı sakinlər və qonaqlar qarşısında açıq havada konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə 8-9 iyun tarixlərində sözügedən qrup Ağstafa şəhəri ilə qardaşlaşmış-Litvanın turizm-kurort şəhəri Birştonasa səfər edərək şəhər günü festivalında iki günlük geniş konsert proqramı təqdim etmişdir.

    “Aypara Muğam Qrupunun” Litva dilində çıxışları,Azərbaycan Milli Musiqi Alətləri tar-kamançada Litva musiqilərindən nümunələrin, həmçinin Litva dövlət himninin səsləndirilməsi xüsusi alqışlarla qarşılanmışdır. Musiqiçilərimizin bu uğurlu ifasından sonra yerli sakinlərin milli musiqi alətlərimizə olan marağını nəzərə alaraq, Birştonas şəhər meriyası şəhərin əsas parklarından birində Azərbaycan Milli Musiqi Alətlərindən ibarət guşənin yaradılması təklifi ilə çıxış etmişdir. Təklif baxılması üçün Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdim olunmuşdur. (Xanəndə Tuqay İsmayılov, Xanəndə Gülzar Fərəcova və Tarda Ədalət Behbudovla)

    -Pərviz Fərhadov nəyə görə məhz tarda,skripkada ifa etməyi,oxumağı deyildə məhz kamança alətini seçdi?

    Çox gözəl sualdı. Bildiyiniz kimi biz ailədə iki qardaşıq və qardaşım məndən böyükdür. Mən uşaq yaşlarımda olarkən artıq o həm orta məktəbdə həmdə musiqi məktəbində tar sinfində oxuyurdu. Məndə hər gün efirlərdə oturub ustadlarımızı tar-kamança ifaçılarımızı izdiyirdim (Möhlət Müslümov-Fəxrəddin Dadaşovu, Elçin Həşimov-Elnur Əhmədovu, Malik Mansurov-Elşən Mansurovu).
    Uşaq olsamda xəyal edirdim ki, məndə qardaşımla efirlərə çıxacam o tarda ifa edir, məndə kamançada ifa edecəm trio quracayıq və məndə bu alətə qarşı sevgi yarandı. Qardaşımla musiqi məktəbinə gedərkən valideynlərimdən xəbərsiz gizlincə kamança kursuna yazıldım və iki ay boyunca kursa gedib gəldim. İki ayın tamamında valideynlərimə zəng vurub dedilərki bəs övladınız kamança kurslarına gəlib, gedir buna görədə məşğələyə ödəniş etmək lazımdır. Ailəm həqiqətən gözləmirdiki məndə belə musiqiyə qarşı sevgi yaranar. Bu andan etibarən kamança alətini sevdim və bu günki gündə sənətimi çox sevirəm. Kamança mənim üçün həyat və ailəmin bir üzvü deməkdir. Aləti sevmək lazımdır bilirsinizki kamança aləti insan səsinə ən yaxın olan bir alətdir. Mən sənətimi sevirəm çünki bu sənətdə bizim eldə həmişə sənətkara hörmət olub. Nəyə görə məhz kamançanı seçdiyimə gələndə isə bir aləti seçib onu tam mükəmməl sevmək lazımdır. Bir instrumentalist olaraq həm pianinada, skripkada və qanundada ifa etməyi bacarıram. Səsə gələndə isə elə bir qarabağda doğulub boya başa çatan insan tanımıramki səsi olmasın, bizdə o torpaqların havasınnan udub, suyundan içmişik.

    -Qarabağ demişkən Füzuli rayonu düşmən tapdağından azad edildi nece hisdir?

    Xilaskar Ulu Öndərin tarix yazan oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsin də, Azərbaycanın rəşadətli ordusunun məğlub edilməzliyi (Dəmir Yumruq) əməliyyatı sayəsində uzun illərdir düşmən tapdığı altında qalan torpaqlarımız azad edilmişdir. Cənab Prezident ilk dəfə efirdə Füzili rayonun işğaldan azad edilməsi xəbərini verəndə nəyinki mən ailəmizin sevincinin həddi-hüdudu yox idi. Lakin bizdən çox sevinən atam oldu. Çünki o, birinci Qarabağ Müharibəsində 1993-cü ildən 1996-cı ilədək Ağdam, Füzuli istiqamətlərində könüllü olaraq döyüşmüş və Şah İsmayıl Xətai Fəxri Fərmani almışdır. Evdə sevinc göz yaşlarını saxlaya bilmirdi hətta səfərbərlik olan zaman Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nərimanov rayon Cəmiyyəti sədrinədə dəfələrlə ikinci Vətən Müharibəsində iştirak etmək istədiyini bildirmişdir. Birinci Vətən müharibəsində atam Qarabağdan gələndə mən artıq 1-ci sinifə gedirdim. Bir musiqiçi olaraq Qarabağ Vetaranları ilə Qazilərimizlə və Şəhidlərimizlə fəxr edirəm. Hər bir Azərbaycan Respublikası vətəndaşı işğaldan azad edilmiş torpaqlarımızda gəzərkən unutmamalıdırki o torpaqların altında igid qardaşlarımız yatır onlar bizim fəxrimiz, fəxarətimizdir. Təəsüflər olsunki şəhid babam Abbasov Baloğlan Hüseyn oğlu Füzuli rayonunun işğaldan azad olunmasını görmədi. Ancaq onu bilirəmki bütün şəhidlərimizin artıq ruhu şaddır

    -Ordumuza ürək sözləriniz?

    Azərbaycanımızın Şanlı Müzəffər Ordusunun igid və qəhrəman qardaşlarımızın hər birisi ilə fəxr edirəm, Şəhidlərimizə Allahdan rəhmət diləyir və qazilərimizə tezliklə şəfa istəyirəm. Bir məqamıda qeyd etmək istəyirəmki Qələbə Zəfərində Azərbaycan əsgəri ilə yanaşı Azərbaycan polisinində rolu böyükdür. Bilirsiniz ki, 2020-ci il 27 sentyabr tarixlərindən başlayaraq müharibə şəraiti ilə bağlı ölkəmizdə komentant saatı təşkil edilmiş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cənab General-Polkovnik Vilayət Eyvazova tapşırılmışdır. Bildiyimiz kimi Qanlı yaddaşımız olan 1994-cü il 20 Yanvar stansiyasında baş vermiş Qanlı terror aktı 20 Yanvar hadisələri törədilmişdir. Eyni ilə belə bir hadisələrin baş verməməsi üçün Azərbaycan polisi gecə-gündüz 7/24 çalışırdı. Polisimizin ayıq-sayıqlığı yüksək peşəkarlığı nəticəsində şükürlər olsun ki, ölkəmizdə dinc əhaliyə qarşı terror aktlarına yol verilmədi. Xalqımızı Qələbə Zəfəri münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür can sağlığı arzu edirəm!

    – Müsahibə üçün çox sağ olun! 

    – Siz də sağ olun!

    Söhbətləşdi: Mahal Məmmədhüseynli
    PAYLAŞ:

    Oxşar xəbərlər