Yunanıstanın səhiyyə üzrə ictimai təşkilatı Böyük Britaniyanı və Avropanın digər ölkələrini bürüyən koronavirus pandemiyasının yeni növü ilə ölkədə artıq 59 yeni yoluxma halının qeydə alınması barədə məlumat yayıb.
LEQAL.AZ azərtac-a xəbər verir ki, yeni yoluxmalar Afinada və Krit adasında qeydə alınıb.
Virusun yeni növü ölkədə yoluxmaların sayını kəskin artırdığı halda Səhiyyə Nazirliyi yenidən sərt karantin rejiminin tətbiqinə dair çağırış edə bilər.
Qeyd edək ki, hazırda Yunanıstanda koronavirusa yoluxanların sayı 154 min 83 nəfərdir. Son zamanlar ölkədə koronavirusla mübarizə öz bəhrəsini verib. Karantin rejimini yumşaltdığına baxmayaraq, yeni növ koronavirusun bu vəziyyətinin tam dəyişəcəyi istisna olunmur.