Bəzi rayonlarda yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq

Bəzi rayonlarda yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq
  • Cəmiyyət

  • Azərbaycanda yanvarın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 9-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq.

    Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Yanvarın 29-da Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturunun gecə 0-5°, gündüz 8-12° isti, dağlarda gecə 0-4° isti, yüksək dağlıq ərazilərdə 0-5° şaxta, gündüz 4-8° isti olacağı ehtimal edilir.

    Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər