Dövlət Komitəsi insan alveri ilə mübarizə mövzusunda sosial çarx hazırlayıb VİDEO

Dövlət Komitəsi insan alveri ilə mübarizə mövzusunda sosial çarx hazırlayıb VİDEO
  • Cəmiyyət

  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi insan alverinin qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirir.

    Komitənin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, bu tədbirlərin davamı olaraq Dövlət Komitəsi “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.1-ci və 4.2.3-cü bəndlərini rəhbər tutaraq insan alveri ilə mübarizə məqsədilə sosial videoçarx hazırlayıb.

    Komitə hər kəsi insan ləyaqətini alçaldan bu bəlaya qarşı mübarizəyə qoşulmağa, insan alveri qurbanlarına dəstək olmağa çağırır.

    PAYLAŞ:

    Oxşar xəbərlər