Sinoptiklər xəbərdarlıq edirlər...

Sinoptiklər xəbərdarlıq edirlər...
  • Cəmiyyət

  • Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşamdan 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18 olacaq, arabir 20-23 metrədək güclənəcək.

    Xidmətdən LEQAL.AZ-a bildiriblər ki, yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir saniyədə 20-25 metrədək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər