Qırx dörd günlük Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Azərbaycan Milli Ordusunun əsgəri Orucov Coşqun Oruc oğludur.
LEQAL.AZ xəbər verir ki, Coşqun Orucov 2001-ci ildə Naxçıvanın Culfa rayonunda anadan olub O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.
Coşqunun ailəsi 6 nəfərdən ibarətdir. Onun atası, anası, bir bacısı və iki qardaşı var.
Şəhid əsgər C. Orucov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə könüllü qoşulub.
Bir sıra əməliyyatlarda uğurla iştirak edib.
Şəhidin anası deyir ki, oğlum subay idi, amma çox zəhmətkeş olub. O, qeyrətli, vətənpərvər, millətini sevən Azərbaycan igid oğlu idi.
Coşqun orduda müvəqqəti hərbi xidməti bitirdikdən sonra, MAXE (kəşfiyyatçı) vəzifəsində işləməyə başlamışdır. Yaxşı snayperçi olub.
İgid döyüşçü oktyabrın 21-də Hadrud istiqamətində gedən ağır döyüşlərdə düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır.
Onun nəşi ötən ilin oktyabrında Bakını Suraxanı rayonuda yerləşən Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfin edilib.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.
Vətən sağolsu!
Əminə ELAYDIN