Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur FOTO

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur  FOTO
  • Cəmiyyət

  • Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsi yenidən qurulur.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildirilib ki, Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.

    Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76,6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

    Yeni layihə üzərində 8 körpü var. Bunlardan 5 mövcud körpü 4 zolağa uyğun genişləndiriləcək, 3 körpü yolun dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilərək tikiləcək. Artıq bu çərçivədə də işlərə başlanılıb.

    Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:

    - hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması

    - yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması

    - iqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi

    - sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi

    - avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi

    - regionda turizmin inkişafı.

    Vətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən, respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu prosesin icrası nəticəsində son 5 ildə 6 min kilometrdən çox yol yenidən qurulub və təmir edilib. Yenidən qurularaq təmir edilən yolların təqribən 1500 kilometri respublika əhəmiyyətli avtomobil yollarıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər