AMEA prezidenti İsa Həbibbəyli Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA prezidenti İsa Həbibbəyli Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb
  • Cəmiyyət

  • AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşüb.

    AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi elm istiqamətində də əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə davam etdirildiyini bildirib. Akademik İsa Həbibbəyli AMEA-nın Qazaxıstanın Elmlər Akademiyası və bir sıra ali təhsil müəssisələri ilə elmi əlaqələrinin mühüm nəticələr verdiyini xüsusi vurğulayıb, Akademiyanın bütün elmi tədqiqat institutlarında qardaş ölkə ilə bağlı əhəmiyyətli tədqiqatların aparıldığını diqqətə çatdırıb.

    Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirildiyini vurğulayıb, elm sahəsində də geniş əlaqələrin yaradıldığını bildirib. Elmi qurumlar arasında fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsinin əhəmiyyətinə toxunan səfir birgə layihə və tədbirlərin, elmi tədqiqatların perspektivindən danışıb.

    Görüşdə elm sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, müvafiq razılıq əldə olunub.

    Sonda xatirə hədiyyələri təqdim edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər