Masallıda rayon rəhbəri Ərəb kəndinin qəbiristanlığına gedən yolda asfalta hazırlıq işi ilə tanış olub

Masallıda rayon rəhbəri Ərəb kəndinin qəbiristanlığına gedən yolda asfalta hazırlıq işi ilə tanış olub
  • Cəmiyyət

  • 03 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın sektor müdiri Qəşəm Hadıyev, Xırmandalı kənd ərazi nümayəndəliyi, Xırmandalı bələdiyyəsi, şəhid ailələri və kənd sakinlərinin iştirakı ilə ümumi uzunluğu 1,2 km olan Ərəb kənd qəbiristanlığına gedən yolda asfalt örtüyünün çəkilməsi ilə əlaqədar aparılan hazırlıq işləri ilə tanış olub.

    Baxış zamanı yolun mövcud vəziyyəti qiymətləndirilib, layihə çərçivəsində görüləcək işlər müzakirə olunub və aidiyyəti məsul şəxslərə hazırlıq prosesinin keyfiyyətlə və qısa müddətdə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

    Qeyd olunub ki, qəbiristanlığa aparan yolun asfaltlaşdırılması sakinlərin rahat gediş-gəlişinin təmin olunmasına, xüsusilə də ziyarətlər zamanı yaranan çətinliklərin aradan qaldırılmasına xidmət edəcək.


    PAYLAŞ:

    Oxşar xəbərlər