Masallı rayonu ərazisində 2026-cı ilin iyun ayında şəhid ailələri, müharibə iştirakçıları və digər imtiyazlı kateqoriyalara aid şəxslərlə bağlı görülmüş işlər barədə

Masallı rayonu ərazisində 2026-cı ilin iyun ayında şəhid ailələri, müharibə iştirakçıları və digər imtiyazlı kateqoriyalara aid şəxslərlə bağlı görülmüş işlər barədə
  • ---

  • Masallı rayonunda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu məsələ daim Masallı Rayon İcra Hakimiyyəti başçısının diqqət mərkəzində saxlanılır.

    Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, sosial-məişət problemlərinin həlli, tibbi, psixoloji və digər zəruri dəstəyin göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

    2026-cı ilin iyun ayı ərzində Masallı Rayon İcra Hakimiyyəti, ərazi nümayəndəlikləri, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, eləcə də xeyriyyəçilər tərəfindən şəhid ailələri, müharibə iştirakçıları və digər imtiyazlı kateqoriyalara aid şəxslərlə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.


    Masallı şəhər ərazisində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə şəhid məzarları ziyarət olunmuşdur.

     

    Ərkivan qəsəbə ərazisində şəhidlər bulağında iməcilik işləri aparılmışdır.

     

    Banbaşı ərazisində nümayəndəlik tərəfindən şəhid löhvələri yenisi ilə əvəz olunmuşdur.

    Banbaşı ərazisində şəhid Nuriyev Bəşir Nuru oğlunun doğum günü ilə əlaqədar şəhid məzarları ziyarət edilmişdir.

     

    Bədəlan ərazisində 2-ci Qarabağ müharibəsi iştirakçısı Mirzəyev Əmrah Bahadır oğlunun fərdi yaşayış evinin tikintisi üçün ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 1 yük maşını çınqıl yardımı olunmuşdur. (450 manat)

     

    Çaxırlı ərazisində şəhid Ziya Gözəlov küçəsində 46 saylı Yol İstismarı MMC tərəfindən cari təmir işləri aparılmışdır.

     

    Göyəçöl ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən şəhid Hüseynov Bahəddin Süleyman oğlunun məzarı yenilənmişdir (1000 manat).

    Göyəçöl ərazisində nümayəndəliyin təşəbbüsü ilə Musakücə bələdiyyəsi tərəfindən Şəhidlər abidəsinin həyəti abadlaşdırılmışdır.

    Göyəçöl ərazisində Musakücə bələdiyyəsi tərəfindən şəhid ailələrinə ümumilikdə 1100 manat maddi yardım edilmişdir.

     

    Güllütəpə ərazisinin Əmirtürbə kəndində bələdiyyə tərəfindən şəhid Səfərəli Alışovun həyətinə çınqıl tökülərək hamarlanmışdır (350 manat).

    Güllütəpə ərazisinin Yolağac kəndində şəhid lövhələri yenilənmişdir.

    Güllütəpə ərazisində şəhid Lətifov Rəşid Güləhməd oğlunun ailəsi ziyarət edilmişdir.

    Güllütəpə ərazisinin Yolağac kəndində şəhid Raqib Əzizovun ailəsi və məzarı ziyarət olunmuşdur.


    Hişkədərə ərazisində I Qarabağ müharibəsi şəhidi Hüseynov Zaur Vaqif oğlunun doğum günü ilə əlaqədar şəhid ailələri ilə birgə məzarı ziyarət olunmuşdur.

    Hişkədərə ərazisində yerləşən şəhid bulağındakı bayraqlar yeniləri ilə əvəz olunmuşdur.

    Hişkədərə ərazisində şəhid abidələri və şəhid bulaqları təmizlənmişdir.

    Hişkədərə ərazisində şəhid İbrahim Lələyev valideynləri ziyarət olunmuşdur.

    Hişkədərə ərazisində şəhid Elşad Ağayev adına olan küçə asfaltlanmışdır.

    Həsənli ərazisində I Qarabağ müharibəsi şəhidi Məmmədov Hafiz Həmdulla oğlunun məzarı xeyriyyəçi tərəfindən qara mərmərlə yenilənmişdir (1400 manat).

    Xıl ərazisində nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən şəhid Milli Qəhrəman Elşad Hüseynovun abidəsinin ətrafında təmizlik işləri aparılmışdır.

    Xıl ərazisində nümayəndəlik tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin, SHXÇDX-nin Masallı Rayon Şöbəsinin əməkdaşları və ərazi daxilində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak etmişdir. Sonda şəhidlərin məzarları ziyarət olunmuşdur.

     

    Böyük Kolatan ərazisində Bələdiyyə tərəfindən l Qarabağ müharibəsi iştirakçısının ovladı Səmədov Yelmar Məlikməmməd oğlunun təhsil haqqının ödənilməsi məqsədilə 400 manat maddi yardım göstərilmişdir.

    Böyük Kolatan ərazisində şəhid lövhələri yeniləri ilə əvəz olunmuşdur.



    Köhnə Alvadı ərazisində Șəhid Həsənov Zöhrab Məmmədxan oğlunun məzari və ailəsi ziyarət olunmuşdur.

    Köhnə Alvadı ərazisində Şəhid Həsənov Zöhrab Məmmədxan oğlunun ailəsi üçün tikilən evə RİH əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir.

     

    Qızılavar ərazisində şəhid Elşən Heybətovun məzarı ziyarət edilmiş və abadlıq işləri aparılmışdır

     

    Qodman ərazisində Qəriblər bələdiyyəsi tərəfindən şəhid ailəsi üçün tikilmiş fərdi yaşayış evinə pəncərələr quraşdırılmışdır

     

    Mahmudavar ərazisində Şəhid Şahbazov Mübariz Tofiq oğlunun ailəsi ziyarət olunmuşdur.

    Mahmudavar ərazisində Vətən müharibəsi iştirakçısı olmuş (müharibədən sonra xəstələnərək dünyasını dəyişmiş) Əliyev İbrahim Vidadi oğlunun ailəsi ziyarət olunmuşdur.

    Mahmudavar ərazisində nümayəndəliyin təşbbüsü ilə bələdiyyə tərəfindən Vətən Müharibəsi Şəhidi Naib Qasımovun atasına 100 ədəd ot bağlaması verilmişdir. (300 manat).

    Mahmudavar ərazisində şəhid valideyinləri ilə birlikdə şəhid Nayib Qasımovun doğum günü münasibıti ilə şəhid məzarları ziyarət olunmuşdur.

    Mahmudavar ərazisində şəhid valideyinləri ilə birlikdə şəhid məzarını ziyarət edilmişdir.

    Mahmudavar ərazisində şəhid Teymur Rəsulovun məzarı ziyarət edilmişdir.

    Musakücə ərazisində 20 yanvar şəhidləri abidəsinin ətrafı abadlaşdırılmış və rənglənmişdir.
    Musakücə ərazisində şəhid Coşqun Rəhimovun məzarı ziyarət olunmuşdur.
     
    Öncəqala ərazisinin Hüseynhacılı kəndində I Qarabağ müharibəsinin şəhidi Tapdıqov Niyaməddin Rəcəb oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.
    Öncəqala ərazisində şəhidlər bağında olan ağaclar suvarılmışdır.
     
    Sərçuvar ərazisində Milli Qəhrəman Səfəralı Məmmədovun abidəsi ətrafında təmizlik işləri aparılmışdır.
    Sərçuvar ərazi nümayəndəliyi tərəfindən şəhid anaları Şadəstə Məmmədova və Tərgül Ağayeva ilə görüşülmüş, qayğıları ilə maraqlanılmışdır.
     
    Sığdaş ərazisinin Babakücə kəndində Şəhid Vurğun Əkbərovun lövhəsi və adını daşıyan küçə lövhəsi yeniləri ilə əvəz olunmuşdur.
    Sığdaş ərazisində şəhid ailələri və məzarları ziyarət olunmuş və bayraqlar yenisi ilə əvəz edilmişdir.
     
    Şərəfə ərazisində şəhidlər abidəsinin qarşısında iməcilik işləri aparılmışdır.
    Şərəfə ərazisində Şəhid Kərimov Valeh Qulamhüseyn oğlunun şəhadətinim 34-cü il dönümü ilə əlaqədar tədbir keçirilmişdir
     
    Təklə ərazisində şəhid Rəfail Cəfərovun məzarı və ailəsi ziyarət olunmuşdur.

    Təklə ərazisinin Mollahəsənli kəndində şəhid Rasim Əliyevin ailəsi ziyarət olunmuşdur.

    Təklə ərazisində şəhid Məmmədağa Bağırovun ailəsi ziyarət olunmuşdur.

    Təklə ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidənin üzərində asılmış bayraq yenisi ilə əvəz olunmuşdur.
    Təklə ərazisində şəhidlərin xatirəsinə quraşdırılmış lövhələrin ətrafında təmizlik işləri aparılmış və alaq otları yığışdırılmışdır.

    Təklə ərazisində  şəhid  Məhəmməd  Qarayev və  Fuad  Həsənovun ailəsi ziyarət olunmuşdur.

    Təzə Alvadı ərazisində bələdiyyə və xeyriyyəçilər tərəfindən şəhid Səlimov Sənan Nasif oğlunun adını daşıyan 1 km uzunluğunda küçəyə asfalt döşənmişdir. (93 000 manat)

    Təzə Alvadı ərazisində şəhid məzarları ziyarət olunaraq qəbirüstü abidələri yanında Dövlət Bayrağı ucaldılmışdır.

     

    Təzəkənd ərazisində şəhid Roman Əliyevin doğum günü ilə əlaqədar ailəsi və məzarı ziyarət edilmişdir.

     

    Yeddioymaq ərazisində şəhid Hakim Həsənovun məzarı ziyarət olunmuşdur.

     

    Yeyənkənd ərazisində şəhid Eyvazov Cəmil İsmayıl oğlunun barelyefi üzərində bayraq yenisi ilə əvəz olunmuş və ailəsi ziyarət edilmişdir.

    Yeyənkənd ərazisində şəhid Ərzuman İsmayılovun məzarı ziyarət olunmuş və bayraq yenisi ilə əvəz edilmişdir.

     

    Böyük Kolatan, Göyəçöl, Təzəkənd, Öncəqala, Xırmandalı, Mahmudavar, Hişkədərə, Viləş, Banbaşı, Təzə Alvadı, Köhnə Alvadı, Qarğalıq, Həsənli, Güllütəpə, Təklə, Çaxırlı, Qızılavar, Yeddioymaq və Sərçuvar ərazilərində şəhid məzarları ziyarət olunmuşdur.

     

    Mahmudavar, Həsənli, Xırmandalı, Sərçuvar, Təklə, Böyük Kolatan, Hişkədərə, Sığdaş, Güllütəpə, Banbaşı, Təzəkənd, Çaxırlı, Köhnə Alvadı, Qarğalıq, Təzə Alvadı, Öncəqala, Lürən, Yeyənkənd və Viləş ərazilərində şəhid ailələri ziyarət olunmuşdur.

     




     
    PAYLAŞ:

    Oxşar xəbərlər