Masallı rayonunda 01–30 iyun 2026-cı il tarixlərində ərazi nümayəndəlikləri, idarə və müəssisələr, bələdiyyələr və xeyriyyəçilər tərəfindən görülmüş işlər barədə məlumat

Masallı rayonunda 01–30 iyun 2026-cı il tarixlərində ərazi nümayəndəlikləri, idarə və müəssisələr, bələdiyyələr və xeyriyyəçilər tərəfindən görülmüş işlər barədə məlumat
  • Cəmiyyət

  •  Ərkivan ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən Ərkivan qəsəbə 5 saylı məktəbin ərazisində abadlıq işləri aparılmış və 100 metr məsafəyə dirəklər basdırılaraq əraziyə metal məhcər çəkilmişdir. (900 manat).

    Ərkivan ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən Ərkivan-Lürən yolunda olan köhnə dayanacaq təmir olunmuşdur.

    Ərkivan ərazisində bələdiyyə tərəfindən Zeynoba küçəsində 1280 kv.m mərkəzi yola asfalt örtüyü döşənmişdir. Əlavə olaraq həmin ərazidə 400 metr məsafədə suparıcı kanallar qazılaraq borular atılmışdır. (22500 manat)

    Boradigah qəsəbə ərazisi üzrə

    Boradigah ərazisində nümayəndəlik tərəfindən Ələt–Astara avtomobil yolu üzərində yerləşən körpünün ətrafında abadlıq işləri aparılmışdır.

    Boradigah ərazisində Babaser kəndindən başlayaraq Mollaoba–Qumbaşı istiqamətində ümumi uzunluğu 6 kilometr olan kanalların lildən təmizlənməsi nəzərdə tutulmuşdur. Hazırda kanalın 1 kilometrlik hissəsində lildən təmizləmə işləri başa çatdırılmışdır.


    Banbaşı ərazisi üzrə

    Banbaşı ərazisində nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən uzunluğu 300 metr olan məscid yoluna asfalt vurulmuşdur. (10000 manat).

    Banbaşı kənd məscidində və qəbirsanlığında xeyriyyəçilər tərəfindən təmizlik işləri aparılmışdır

    Bədəlan ərazisi üzrə

    Bədəlan ərazisində ağacları suvarmaq üçün xeyriyyəçi tərəfindən su quyusu qazılmışdır. (1150 manat)

    Bədəlan ərazisinin Aşurlu kəndində xeyriyyəçi tərəfindən 20 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla ət payalanılmışdır.(720 manat)

    Bədəlan ərazisinin Bədəlan 1 məscidində 450 kq, Aşurlu məscidində 300 kq, Çayqıraq məscidində isə 250 kq qurbanlıq ət paylanılmışdır (18100 manat)

    Çaxırlı ərazisi üzrə

     Çaxırlı ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən transformator yenisi ilə əvəz edilmişdir.

    Çaxırlı ərazisində şəhid Ağamalı Agayev küçəsində xeyriyəçılər tərəfindən 500 metr məsafədə asfalt örtüyünün ətəyinə çınqıl tökülərək hamarlanmışdır (440 manat).

    Göyəçöl ərazisi üzrə

    Göyəçöl ərazisində Musakücə bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə ümumilikdə 300 manat maddi yardım edilmişdir.

    Göyəçöl ərazisində nümayəndəliyin təşəbbüsü ilə Musakücə bələdiyyəsi tərəfindən küçə işıqları bərpa olunmuşdur.

    Göyəçöl ərazisində əkilmiş ağaclar suvarılmışdır.

    Göyəçöl ərazisində Musakücə bələdiyyəsi tərəfindən 3 aztəminatlı ailənin hər birinə 400 manat olmaqla ümumilikdə 1200 manat maddi yardım olunmuşdur.

    Güllütəpə ərazisi üzrə

     Güllütəpə ərazisində bələdiyyə tərəfindən 100 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır (350 manat).

    Güllütəpə ərazisinin Yolağac kəndində Masallı Elektrik Şəbəkəsi tərəfindən transformatordan çıxan ayrıcın dirəyi yenisi ilə əvəz olunmuşdur.

    Güllütəpə ərazisinin Əmirtürbə kəndində kənd sakinləri tərəfindən 1700 metr məsafədə küçəyə gecə işıqlandırması quraşdırılmışdır.


    Həsənli ərazisi üzrə

    Həsənli ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən Həsənli kəndindən Təkdam kəndinə 10 kV-luq elektrik xəttinin çəkilişi işləri aparılır.

    Həsənli ərazisində yol kənarlarına əkilmiş ağaclar budanmış və rənglənmişdir.


    Hişkədərə ərazisi üzrə

    Hişkədərə ərazisində aşaraq elektrik naqillərini və internet xətlərini qıran, həmçinin yolu bağlayan ağac nümayəndəliyin təşkilatçılığı ilə ərazidən təmizlənmiş və problem aradan qaldırılmışdır.

    Hişkədərə ərazisində nümayəndəliyin təşkilatçılığı və bələdiyyənin maddi dəstəyi ilə müvafiq qurumun razılığı əsasında çürümüş və qırılmış palıd ağacı kəsilərək götürülmüşdür.

    Hişkədərə ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən 2 ədəd 10 kv- lıq elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur.

    Hişkədərə ərazisində yeni əkilmiş ağacların mühafizəsinin təmin edilməsi məqsədilə tikanlı məftillərin bərkidilməsi işləri aparılmış, qırılmış dirəklər yeniləri ilə əvəz edilmiş və ərazi alaq otlarından təmizlənmişdir.

    Hişkədərə ərazisində yeni əkilən ağaclar suvarılmışdır.
    Xıl ərazisi üzrə

    Xıl ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən 3 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur.

    Xıl ərazisində bələdiyyə tərəfindən ferma yolu adlanan ərazisində kanalın keçid hissəsinə əlavə olaraq 1 ədəd 500-lük boru atılmışdır.

    Xıl ərazisində nümayəndəliyin təşəbbüsü ilə Masallı Elektrik şəbəkəsi tərəfindən elektrik xətlərinə mane olan ağaclar budanmış və Masallı rayon Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən 100 metr kanal təmizlənmişdir.

    Xıl ərazisində nümayəndəliyin təşəbbüsü ilə məzarlıqda təmizlik işləri aparılmışdır.

    Xıl ərazisində nümayəndəliyin təşəbbüsü ilə Masallı Su Meliorasiya Sistemlərinin istismarı İdarəsi tərəfindən ərazidə çəltik əkini üçün 200 metr kanal təmizlənmişdir.

    Xıl ərazisində nümayəndəliyin təşəbbüsü ilə məzarlıqda təmizlik işləri aparılmışdır.

    Xıl ərazisində nümayəndəliyin təşəbbüsü ilə Masallı Su Meliorasiya Sistemlərinin istismarı İdarəsi tərəfindən ərazidə çəltik əkini üçün 200 metr kanal təmizlənmişdir.

    Xıl ərazisində nümayəndəliyin vətəndaşlar arasında apardığı təbliğat işlərinin nəticəsi olaraq kənd sakinləri tərəfindən mərkəzi yolun kənarında yerləşən paslanmış darvazaların və dükan fasadlarının rənglənməsi işləri aparılır.

    Xırmandalı ərazisi üzrə

     Xırmandalı ərazisində Masallı Elektirik Şəbəkəsi tərəfindən ağaclar budanmışdır.

    Xırmandalı ərazində əkilmiş ağaclar rənglənmişdir.

    Xırmandalı ərazisində xeyriyyəçi tərəfindən evi yanmış aztəminatlı ailəyə 900 ədəd mişar daşı verilmişdir (720 manat).

    Xırmandalı ərazisində bayraqlar yenisi ilə əvəz olmuşdur.

    Xırmanadalı ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən Xırmandalı kəndində kəndin arxa tərəfində əvvəllər vətəndaşlar tərəfindən atılmış məişət tullarıları aşkar edilərək texnika vasitəsi ilə bastırılmışdır

    Xırmandalı ərazisində evi yanmış aztəminatlı ailəyə xeyriyyəçi tərəfindən 2 500 ədəd tikinti bloku verilmişdir. (1 050) manat

    Xırmandalı ərazisində əkilmiş ağacların ətrafı alaq otlarından təmizlənmiş, suvarılmış və rənglənmişdir.

    Böyük Kolatan ərazisi

     Böyük Kolatan ərazisində yol kənarlarındakı ağaclar əhənglənib.

    Böyük Kolatan ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinə mane olan ağaclar budanmışdır.

    Böyük Kolatan ərazisində nümayəndəlik və Bələdiyyə tərəfindən Ərkivan-Boradigah yolunun Qızılavar ərazisindən keçən hissəsində Böyük Kolatan kəndinin tanıtım lövhəsi quraşdırılmışdır.

    Böyük Kolatan ərazisində nümayəndəlik və Bələdiyyə tərəfindən Bala Kolatan kəndinin adını əks etdirən lövhə təmizlənmiş və magistral yolun üzərində olan yararsız dayanacaq ərazisindən götürülmüşdür.

    Böyük Kolatan ərazisində Bələdiyyə tərəfindən müayinə və müalicə məqsədilə Böyük Kolatan kənd sakini Nəciyeva Nicabət Qurbanəli qızına 400 manat maddi yardım göstərilmişdir.

    Böyük Kolatan ərazisində nümayəndəlik və Bələdiyyə tərəfindən Seyidoba kənd məscidinə 4 ədəd lyustur və 3 ədəd spot plafonlar hədiyyə olunmuşdur.

    Böyük Kolatan ərazisində hərəkətin daha da rahat və təhlükəsiz təmin olunması məqsədilə xeyriyyəçi tərəfindən eni 1 metr, uzunluğu 120 metr olan hissəyə asfalt örtüyü döşənmişdir.

    Köhnə Alvadı ərazisi üzrə

    Köhnə Alvadı ərazisində istirahət parkında olan ağaclar rənglənmişdir.

    Köhnə Alvadı ərazisində 2 kilometr məsafədə yola 60 işıq dirəyindən istifadə olunmaqla müasir işıqlandırma sistemi qurulmuşdur. (9000 manat)

    Köhnə Alvadı ərazisində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərəfindən 4 böyük məhəllədə yeraltı qaz xətlərinin yerüstü xətlərlə əvəz olunması işlərinə başlanılmışdır.

    Qəriblər ərazisi üzrə

    Qəriblər ərazisində xeyriyyəçilər tərəfindən kənd məscidinin ve qəbirstanlığının hasarlanma işləri yekunlaşdırılmışdır. (9500 manat)

    Qəriblər ərazisində aparılan maarifləndirmə və təbliğat işləri nəticəsində istirahət mərkəzlərinin hasarlarında təmir və abadlıq işləri davam etdirilir.

    Qəriblər ərazisində Məhərrəm ayı ilə əlaqədar xeyriyyeçilər tərəfinden 80 aztəminatlı ailəyə ərzaq yardımı olunmuşdur.(1800 manat)

    Qızılağac ərazisi üzrə

    Qızılağac ərazisində nümayəndəliyin təşəbbüsü ilə məscidinin hasarı və kəndin giriş hissəsində yeni əkilmiş ağaclar rənglənmişdir.

    Lürən ərazisi üzrə

    Lürən ərazisində xeyriyyəçilər tərəfindən kənddaxili 1 km yola çınqıl tökülərək hamarlanmışdır. (700 manat)

    Mahmudavar ərazisi üzrə

    Mahmudavar ərazisində nümayəndəliyin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə Mahmudavar kəndində məişət tullantılarının vətəndaşlar tərəfindən ətrafa atılmasının qarşısının alınması və ərazinin təmizliyinin qorunması məqsədilə kəndin 3 müxtəlif nöqtəsində müşahidə kameraları quraşdırılmışdır.

    Mahmudavar ərazisində nümayəndəlik və bələdiyyənin təşəbbüsü, xeyriyyəçilərin maliyyə dəstəyi ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə futbol meydançasının istifadəyə verilməsi üçün zəruri hazırlıq işləri görülmüşdür.

    Mahmudavar ərazisində Ağsaqqalların İstirahət Mərkəzində təmizlik, ağacların əhənglənməsi və abadlıq işləri aparılmışdır.

    Mahmudavar ərazisində nümayəndəliyin inzibati binasının ətrafında abadlıq və əhəngləmə işləri aparılmışdır.

    Mahmudavar ərazisində nümayəndəliyin təşəbbüsü ilə bələdiyyə tərəfindən 3 aztəminatlı ailənin hər birinə 50 manat ərzaq yardımı olunmuşdur.(150 manat).

    Mahmudavar ərazisində 15- iyun Milli Qurtuluş günü münasibəti ilə Mahmudavar Halay kollektivi və ərazinin digər musiqiçiləri konsert proqramı ilə çıxış etmişlər.

    Mahmudavar ərazisində Mahmudavar-Mololan kəndlərini birləşdirən körpü qəzalı vəziyyətdə olduğu üçün sökülmüşdür və yenisi tikiləcəkdir.

    Mahmudavar ərazisində əkin sahələrinə gedən su aparıcı kanalda yaranmış nasazlıq Masallı Su Melorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən aradan qaldırılmışdır.

    Musakücə ərazisi üzrə

    Musakücə ərazisində xeyriyyəçilər tərəfindən 300 metr məscid yoluna asfalt örtüyü döşənmişdir.

    Musakücə ərazisində 40 aztəminatlı ailənin hər birinə dəyəri 85 manat olan ərzaq yardımı olunmuşdur. (3400 manat)

    Musakücə ərazisində bayraqlar yenisi ilə əvəz olunmuşdur.

    Musakücə ərazisində qəbiristanlığın hasarı və dəmir barmaqlıqlarının rənglənməsi işləri aparılmışdır


    Öncəqala ərazisi üzrə
     
    Öncəqala ərazisində  elektrik xətlərinə  toxunan ağaclar budanmışdır

    Öncəqala ərazisində nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən Öncəqala kənd məzarlığının hasarı rənglənmişdir.

    Öncəqala ərazisində nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 12 aztəminatlı ailənin hər birinə dəyəri 35 manat olan ərzaq yardımı edilmişdir.(cəmi: 420 manat)

    Öncəqala ərazisində nümayəndəliyin təşəbbüsü və kənd ağsaqqalının maliyyə dəstəyi ilə 90 metr kənddaxili küçə kol-kosdan təmizlənərək genişləndirilmişdir.
    Öncəqala ərazisində əkilmiş ağaclar suvarılmışdır.

    Səmədxanlı ərazisi üzrə

    Səmədxanlı ərazisində nümayəndəliyinin və Bələdiyyənin təşəbbüsü ilə mərkəzi yolun hərəkətinə mane olan 10 kv-luq işıq dirəkləri dəyişdirilmişdir.
    Səmədxanlı ərazisində nümayəndəliyin təşəbbüsü ilə əsas yolun üzərindən keçən internet xətlərinin yeri dəyişdirilmişdir.

    Sərçuvar ərazisi üzrə

     Sərçuvar ərazisində Xıl bələdiyyəsi tərəfindən Sirəbil kəndində 1 km uzunluğunda olan mərkəzi yol qreyderlə hamarlanmışdır.

    Sərçuvar ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən ərazinin müəyyən hissəsində kabelləşmə aparmaqdan ötrü 10 ədəd elektrik dirəyi gətirilmişdir.

    Sərçuvar ərazisində nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən Sərçuvar kəndinin girişindəki dayanacaq rənglənmişdir.

    Sərçuvar ərazi nümayəndəliyinin təşəbbüsü ilə Masallı Su Melorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən 100 metr kanal lildən təmizlənmişdir.

    Sərçuvar ərazisində nümayəndəliyin təşəbbüsü ilə Masallı Elektrik Şəbəkəsi tərəfindən Sərçuvar kəndində 500 metr elektrik xətti yenisi ilə əvəz olunmuşdur.

    Sərçuvar ərazisində ərazi nümayəndəliyi tərəfindən texnika sahibləri və sakinlərlə görüşlər keçirilərək təhlükəsizlik qaydalarına əməl olunması və biçin işlərinin növbəlilik əsasında aparılması barədə maarifləndirici söhbətlər aparılmışdır.

    Sərçuvar ərazilərində əkilmiş ağaclar suvarılmışdır.

    Sığdaş ərazisi üzrə

     Sığdaş ərazisində Kolatan Bələdiyyəsi tərəfindən Sığdaş kəndinin giriş qapısına müasir işıqlandırma sistemi quraşdırılmışdır.

    Sığdaş ərazisində Bələdiyyə tərəfindən Ninəlov kənd məscidinə 6 ədəd lyustralar və 1 ədəd spot plafon hədiyyə olunmuşdur.


    Şərəfə ərazisi üzrə

    Şərəfə ərazisində vətəndaş müraciətinə əsasən sahibsiz itlərin peyvəndlənməsi işləri aparılmışdır.

    Şərəfə ərazisində ərazi nümayəndəliyi, bələdiyyə və xeyriyyəçilərin təşəbbüsü ilə kənddaxili yola 5 ədəd 6 metrlik suötürücü boru atılmış və 900 metr suötürücü kanal təmizlənmişdir.

    Şərəfə ərazisində kənd sakinlərinin birgə dəstəyi ilə uzunluğu 1,2 km olan yol asfaltlaşdırılmışdır.

    Şıxlar ərazisi üzrə

     Şıxlar ərazisində kənd daxili 400 metr yola Yeddioymaq bələdiyyəsi tərəfindən çınqıl tökülərək hamarlanmışdır.

    Şıxlar ərazisində Yeddioymaq bələdiyyəsi tərəfindən 150 metr yola çınqıl tökülərək hamarlanmışdır. (600 manat)

    Şıxlar ərazisində nümayəndəliyin inzibati binasının köhnəlmiş 4 ədəd pəncərəsi yeni plastik pəncərə ilə əvəz olunmuşdur.

    Təzə Alvadı ərazisi üzrə

     Təzə Alvadı ərazisində bayraglar yenisi ilə əvəz olunmuş, əkilmiş ağaclar suvarılmış və nümayəndəliyin inzibati binasının ətrafındakı ağaclar əhəglənmişdir.

    Təzə Alvadı ərazisində nümayəndəlik tərəfindən kənddaxili 500 metr yola çınqıl tökülərək hamarlanmış və yol cari təmir edilmişdir. (400 manat)

    Təzə Alvadı ərazisində nümayəndəlik tərəfindən yeni çəkilmiş kənddaxili asfalt yolun ətrafında 50 metr məsafə kol-kosdan təmizlənmə işləri aparılmışdır.



    Viləş ərazisi üzrə

    Viləş ərazisində toplanmış məişət tullantıları texnikalar cəlb olunmaqla zərərsizləşdirilməsi məqsədilə Masallı rayonunun məişət tullantıları poliqonuna daşınmışdır.

     Təzəkənd ərazisi üzrə

    Təzəkənd ərazisində qəzalı işıq dirəyi yenisi ilə əvəz olunmuşdur

    Tüklə ərazisi üzrə

    Tüklə ərazisinin Tiyaqani kəndinə gedən yol boyunca əkilən Xan Çinar ağaclarının suvarılması üçün xeyriyyəçilər tərəfindən 5 tonluq su çəni, su nasosu, hidrofor, 60 m boru, 2000 m şlanq və 400 ədəd drip alınaraq quraşdırılmışdır. (1820 manat)

    Yeddioymaq ərazisi üzrə

    Yeddioymaq ərazisində xeyriyyəçi tərəfindən Birinci Yeddioymaq kənd məscidinin mərasim zalında təmir işləri yekunlaşdırılmışdır. (8000 azn).

    Yeddioymaq ərazisində nümayəndəlik və bələdiyyənin təşkilatçılığı ilə uzunluğu 450 metr olan suötürücü kanal Masallı Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən təmizlənmişdir

    Yeyənkənd ərazisi üzrə

     Yeyənkənd ərazisində nümayəndəliyin təşkilatçılığı ilə istifadəyə yararsız 6 ədəd məişət tullantı qutuları yenisi ilə əvəz olundu.

    Yeyənkənd ərazisində xeyriyyəçilər tərəfindən məktəb şagirdi Şükürov Kənan Yaşar oğluna 21–26 may 2026-cı il tarixlərində Şamaxı şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində gümüş medal qazanması münasibətilə telefon hədiyyə olunmuşdur (1100 manat

    Yeyənkənd ərazisində ağaclar və səkilər əhənglənmiş, qapı və dəmir hasarlar rənglənmişdir.

    Yeyənkənd ərazisində elektrik xətlərinə maneə yaradan ağaclar budanmışdır.

    Yeyənkənd ərazisinin Xəlfələr kəndində Masallı Elektrik Şəbəkəsi tərəfindən transformatorun quraşdırılması məqsədilə yer hazırlanmış və 22 ədəd işıq dirəyinin quraşdırılması üçün qazıntı işləri aparılmışdır.

    Yeyənkənd ərazisində yaşayan aztəminatlı Qubadov Şükür Məmmədəli oğlunun qaz sayğacının yeri nümayəndəliyin dəstəyi ilə dəyişdirilmişdir.

    Ərkivan, Boradigah, Qızılavar, Çaxırlı, Yeyənkənd, Təzəkənd, Mahmudavar, Güllütəpə, Təklə, Banbaşı, Öncəqala, Xırmandalı, Sərçuvar, Göyəçöl, Böyük Kolatan, Həsənli, Qarğalıq və Təzə Alvadı ərazilərində vətəndaşların qəbulu keçirilmişdir.

    Masallı rayonunun bütün ərazilərində təmizlik və abadlıq işləri üzrə iməciliklər keçirilmişdir.


    PAYLAŞ:

    Oxşar xəbərlər