3 oktyabr 1993-cü il Azərbaycan dövlətçilik tarixinin mühüm və əlamətdar günlərindən biridir. Həmin tarixdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin və ictimai həmrəyliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi inkişaf istiqamətində mühüm addımlar atıldı.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və ölkənin beynəlxalq nüfuzunun artırılmasına böyük töhfələr verdi. Onun zəngin siyasi irsi müasir Azərbaycanın inkişafında mühüm rol oynayır.Bu əlamətdar tarix Ümummilli Liderin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərini bir daha xatırlamaq, onun siyasi irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Lətifə Həsənova,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı.