Cəbrayıl Şəhəri Günü

Cəbrayıl Şəhəri Günü
  • Cəmiyyət

  • 4 oktyabr Azərbaycan xalqının yaddaşında mühüm tarixi günlərdən biri kimi qeyd olunur. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edildiyi və Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm qələbənin əldə olunduğu gündür.

    2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsi barədə xalqımıza müjdə verdi. Cəbrayılın azad olunması 44 günlük Vətən müharibəsində əldə edilən mühüm hərbi-strateji uğurlardan biri olmaqla yanaşı, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini və qəhrəmanlığını nümayiş etdirdi.Cəbrayıl şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan əsgər və zabitləri böyük şücaət göstərmiş, torpaqlarımızın azadlığı naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

    Bu gün Cəbrayılın tarixini, azadlığını və Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda qazanılmış Zəfəri ehtiramla xatırlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

    Cəbrayıl Şəhəri Günü münasibətilə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Cəbrayılın azadlığı Azərbaycan xalqının birlik, həmrəylik və Vətən sevgisinin parlaq nümunəsidir. Bu tarixi Zəfər gələcək nəsillərə daim qürur mənbəyi olacaqdır.

    Bu gün azad Cəbrayılda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Yeni yollar, yaşayış məhəllələri, sosial obyektlər və digər infrastruktur layihələri reallaşdırılır. Cəbrayılın yenidən qurulması Böyük Qayıdış proqramının mühüm istiqamətlərindən biridir.

    Həsrət Hüseynov,
    Masallı rayonu, Məmmədxanlı kəndi
    PAYLAŞ:

    Oxşar xəbərlər