4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad edilməsi günü kimi Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyır. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Bu tarix Cəbrayılın azadlığını, şəhərin bərpasını və sakinlərin doğma yurdlarına qayıdış prosesini əks etdirən əlamətdar gün kimi qeyd olunur.
Sahib Ağarəhimov,
Masallı RMX
Əməyin Mühafizəsi bölmə müdiri