Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı

Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
  • Cəmiyyət

  • 04 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Sığdaş kəndində şəhid Salayev Amid Yadulla oğlunun şəhadətinin 6-cı ildönümü anılmışdır.

    Şəhid Amid Salayevin şəhadətə yüksəlməyinin 6-cı ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, sektorun böyük məsləhətçisi Sinan Abbaslı, məsləhətçi Tərlan Şahverdiyev, Ərazi-təşkilat məsələləri sektorunun böyük məsləhətçisi Sənan Sadıqov, din xadimləri, ərazi nümayəndəliyi, bələdiyyə sədri və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər