ANAMA-nın əməkdaşı Malayziyada öldü

ANAMA-nın əməkdaşı Malayziyada öldü
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı dünyasını dəyişib.

    “Leqal” Azxeber.com-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmov bir neçə gün komada qaldıqdan sonra vəfat edib.

    Bildirilib ki, O.Məhərrəmov Malayziyanın Kuala-Lumpur şəhərində təlimdə olarkən halı pisləşib. Daha sonra ona iynə vurulduqdan sonra isə komaya düşüb. 

    Mərhumun cənazəsi Bakıya göndəriləcək.

    ***

    ANAMA hadisə ilə bağlı məlumat yayıb.

    Bildirilib ki, Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar yanvarın 14-də həmin ölkədə xəstəxanaya yerləşdirilib. Yanvarın 18-də isə o, Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq, əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.

    Məsələ ilə bağlı bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMA əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirirlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər