Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfər etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfər etmişdir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanat ilə əlaqədar  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana həyata keçirdiyi işgüzar səfər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri üzrə geniş müzakirələr aparılmış, enerji, iqtisadiyyat, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivləri qiymətləndirilmişdir.
               
    Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat, bu səfərin nə qədər məhsuldar keçdiyini bir daha təsdiqlədi. O, çıxışında Azərbaycanın və Macarıstanın ortaq maraqlara əsaslanan dostluq münasibətlərindən, həmçinin qarşılıqlı hörmət və etimada söykənən tərəfdaşlıqdan bəhs etdi. Dövlət başçısı Azərbaycanın enerji sahəsində Macarıstanla əməkdaşlığının əhəmiyyətini xüsusi vurğuladı və Avropa enerji təhlükəsizliyinə töhfə verən layihələrdən danışdı.
             
    Bəyanatda, həmçinin Azərbaycanın regionda sülh və sabitliyə verdiyi töhfələrə də toxunuldu. Prezident Əliyev Ermənistanla normallaşma prosesindən bəhs edərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha diqqətə çatdırdı. O, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün Ermənistanın konstruktiv mövqe sərgiləməsinin vacibliyini vurğuladı.
               
    İlham Əliyevin çıxışında diqqət çəkən digər bir məqam isə Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu davam etdirməsi ilə bağlı oldu. Prezidentin sözlərinə görə, Azərbaycan heç bir təzyiqə boyun əymədən, beynəlxalq aləmdə öz haqlı mövqeyini qoruyub saxlamağa davam edir.
                 
    Nəticə etibarilə, bu səfər və mətbuata verilən bəyanat Azərbaycan-Macarıstan münasibətlərinin gələcək inkişafı üçün yeni üfüqlər açır. Hər iki ölkənin strateji maraqları və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platforması qarşıdakı illərdə daha da güclənəcəyinə dəlalət edir.


    Teymur Paşayev,
    Masallı rayon E.Heybətov adına Dəlləkoba kənd ümumi orta məkrəbi.
    PAYLAŞ:

    Oxşar xəbərlər