
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər zamanı keçirilən görüşlər və verilən bəyanatlar, xüsusilə də mətbuat qarşısında səsləndirilən fikirlər Azərbaycan-Macarıstan münasibətlərinin şoxşaxəli və davamlı inkişaf etdiyini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla görüşdə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğuladı. Dövlət başçısı bildirdi ki, Azərbaycan Macarıstanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirilir və bu əməkdaşlıq artıq uzun illərdir davam etdirilir.
Görüşdə enerji, təhsil, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzusu oldu.
Ən vacib məsələlərdən biri enerji sahəsində əməkdaşlıq idi. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verə biləcək ölkələrdən biridir və bu istiqamətdə artıq konkret addımlar atılıb. Azərbaycan təbii qazının Avropa bazarına, o cümlədən Macarıstana çatdırılması ilə bağlı danışıqların uğurla davam etdiyini qeyd edən dövlət başçısı bildirdi ki, bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də də siyasi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm razılaşmalar əldə olundu. Prezident İlham Əliyev Macarıstan şirkətlərinin Azərbaycanda, xüsusilə qeyri-neft sektorunda fəaliyyətini dəstəklədiklərini və bu sahədə Macarıstanın qida, əczaşılıq və tikinti sənayesi üzrə investisiyalarının genişləndirilməsinin vacibliyini vurğuladı. Azərbaycanın qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi müstəqilliyinin güclənməsi baxımından prioritet istiqamət sayılır və bu baxımdan Macarıstanla əməkdaşlıq olduqca səmərəli qiymətləndirilir.
Təhsil və mədəniyyət sahələrində də münasibətlərin dərinləşdirilməsi ön plana çəkildi.İlham Əliyev qeyd etdi ki, Macarıstan dövləti hər il azərbaycanlı tələbələr üçün təqaüd proqramları təqdim edir. Bu, iki xalq arasında əlaqələrin mədəni təməlini möhkəmləndirməklə yanaşı, gələcək nəsillər üçün əməkdaşlıq körpüsünün qurulmasına zəmin yaradır.
Prezident İlham Əliyev çıxışında həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusiləTürk Dövlətləri Təşkilatı daxilində Macarıstanla əməkdaşlığın inkişafının da yüksək qiymətləndirdi. O, Azərbaycanın və türk dünyasının geosiyasi və mədəni birlik yaratmaq istiqamətində səy göstərdiyini bildirdi və Macarıstanın bu birliyə dəstəyini təqdirəlayiq hesab etdi.
Bəyanatda Qarabağ və regional təhlükəsislik məsələləri də diqqətdən kənarda qalmadı. Prezident bildirdi ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar sülh və əməkdaşlıq üçün geniş imkanlar açır və Macarıstanın bu prosesi dəstəkləməsi təqdir olunur.
Nəticə etibarilə Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri və səfər çərçivəsində verilən mətbuat bəyanatı iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyindən xəbər verir. Bu münasibətlər təkcə siyasi və humanitar baxımdan əhəmiyyətli dərinlik qazanmaqdadır.
Xəlilova Şəkilə,
Masallı rayon Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi