Masallıda növbəti əmək yarmarkası keçirilmişdir

Masallıda növbəti əmək yarmarkası keçirilmişdir
  • Cəmiyyət

  • 29 aprel 2025-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası keçirilmişdir. 

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının müdiri Rasim Harəzmşah, digər rəsmi şəxslər, işəgötürənlər, işaxtaranlar və media mənsubları iştirak etmişlər. 
    Tədbirdə işaxtaran şəxslər Lənkəran-Astara  iqtisadi rayonunda fəaliyyət göstərən 17 idarə, müəssisə, təşkilat və fərdi sahibkar tərəfindən təqdim edilən 80-ə yaxın vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. 

    Vakansiyalara müraciət edən şəxslərin anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. 

    Qeyd edək ki, yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumat verilib və müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.



    PAYLAŞ:

    Oxşar xəbərlər