Ağrıları aradan qaldırmaq üçün baş üzərində əvvəlcədən düşünülmüş əməliyyatlar min illərdir mövcuddur. Amerika inkləri Avropanın müstəmləkəçiliyindən əvvəl trepanasiya kimi tanınan proseduru tətbiq ediblər. 936-cı ildən 1013-cü ilə qədər Əl-Əndəlusda orta əsrlərdə Əl-Zəhravi baş xəsarətləri, kəllə sınıqları, onurğa zədələri, hidrosefaliya, subdural efüzyonun cərrahi müalicəsini həyata keçirib. Hua Tuo mafeisan adlı ilk ümumi anesteziya yaratdı və bunu beyində cərrahi əməliyyatlarda istifadə etdi.
Lakin neyrocərrahiyyədə nəzərəçarpacaq irəliləyişlər yalnız son yüz ildə baş verib. Neyrocərrahiyyə və ya nevroloji cərrahiyyə, ümumi dildə beyin cərrahiyyəsi kimi tanınan, beyin, onurğa beyni, mərkəzi və periferik sinir də daxil olmaqla sinir sisteminin hər hansı bir hissəsini təsir edən xəstəliklərin qarşısının alınması, diaqnostikası, cərrahi müalicəsi və reabilitasiyası ilə məşğul olan tibbi ixtisasdır.
Müxtəlif ölkələrdə fərdin qanuni olaraq neyrocərrahiyyə ilə məşğul olması üçün müxtəlif tələblər var. Əksər ölkələrdə neyrocərrah təhsili üçün tibb fakültəsini bitirdikdən sonra minimum yeddi il müddətinə ehtiyac duyur. Neyrocərrah Rasim Babayev Azərbaycanda sahənin ən tanınmış mütəxəssislərindən hesab olunur. Onu tanıyan insanlar – şəfa verdiyi pasientləri, həmkarları, dost-tanışları çıxış etdikləri mətbuat səhifələrində, sosial şəbəkədə müxtəlif platformalarında onun haqqında çox yüksək fikirlərini çatdırır, minnətdarlıq ifadə edirlər. İnternet istifadəçiləri həkimin yüksək peşəkarlığı ilə yanaşı, gözəl insani keyfiyyətlərini – pozitivliyini, gülərüzlüyünü, kübar davranışını vurğulayır, həyatda və peşə fəaliyyətində daha böyük uğurlar arzulayırlar.
Babayev Rasim Cahangir oğlu 1993-2000-ci illərdə İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində, 2003-2009-cu illərdə Mərmərə Universitetinin Tibb fakültəsinin Neyrocərrahiyyə kafedrasında uzmanlıq dərəcəsi təhsili almış, 2012-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasında onkologiya ixtisası üzrə təkmilləşmə kursu keçmişdir.
06/2003-02/2009-cu illərdə Mərmərə Universiteti Tibb fakültəsinin Neyrocərrahiyyə şöbəsində asistent-neyrocərrah vəzifəsində, 2009-2011-ci illərdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında həkim-neyrocərrah vəzifəsində, 2011-2014-cü illərdə Milli Onkologiya Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışmışdır. 2014-cü ildən hal-hazıradək Milli Onkologiya Mərkəzinin Neyrocərrahiyyə şöbəsində şöbə müdiri vəzifəsində çalışmaqdadır.
Dünyanın müxtəlif ölkələrində keçirilən bir sıra konfranslarda iştirak etmişdir. Belə ki, 2000-ci ildə Onkoloji xəstəliklər üzrə kursu (St.Joseph’s Health Centre, Toronto, Kanada), 2005-ci ildə 1-ci Beynəlxalq neyroendoskopiya kursu (İstanbul, Türkiyə), 2007-ci ildə Patoloji onurğa sınıqlarının müalicəsində vertebroplastika kursu (İstanbul, Türkiyə), 2009-ci ildə 4-cü Beynəlxalq neyroendoskopiya kursu (İstanbul, Türkiyə), 2010-cu ildə Neyroendoskopiya kursu: Endoskop vasitəsi ilə mikrocərrahiyyə (Tuttlengen, Almaniya), 2010-ci ildə Neyroendoskopiya kursu: Endoskopik transsfenoidal hipofiz cərrahiyyəsi kursu (Tuttlengen, Almaniya), 2010-ci ildə Təməl beyin neyroendoskopiya kursu (Berlin, Almaniya), 2010-ci ildə Tətbiqi beyin neyroendoskopiya kursu (Ştutgart, Almaniya), 2010-ci ildə Neyroendoskopiya kursu (Zürih, İsveçrə), 2012-ci ildə Beynəlxalq pediatrik spastik cərrahiyyə kursu (İstanbul, Türkiyə), 2014-ci ildə Neyroendoskopiya kursu (Greifswald, Almaniya), 2014-ci ildə Neyroendoskopiya kursu (Strasbourg, Fransa) keçmişdir.
Türkiyənin Sinir Sistemi Cərrahiyyəsi Dərnəyinin üzvüdür.
Milli Onkologiya Mərkəzində Neyrocərrahiyyə şöbəsi 2011-ci ildə akademik C.Ə.Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Şöbədə həyata keçirilən əməliyyatlar müasir üsul və avadanlıqlar vasitəsi ilə icra olunur. Beyin şişlərinin histopatoloji diaqnostikası məqsədi ilə tətbiq edilən stereotaktik biopsiya əməliyyatı Azərbaycanda ilk dəfə 2012-ci ildə Milli Onkologiya Mərkəzində aparılmışdır.
Milli Onkologiya Mərkəzində Rasim Babayevin icra etdiyi əməliyyatlara misal olaraq aşağıdakı əməliyyatları göstərmək olar: beyinin müxtəlif şiş xəstəlikləri ( xoşxassəli, bədxassəli v.s.), beyinin stereotaktik biopsiyası, onurğa beyinin şiş xəstəlikləri, onurğa disk yırtığının mikrocərrahiyyəsi, onurğanın fiksasiya əməliyyatları, müxtəlif beyin və onurğa patologiyaları (qanaxmalar, travma və s.), uşaqlarda beyin və onurğa beyinin şiş xəstəlikləri, anadangəlmə anomaliyalar, hidrosefaliya v.s.
Uzman doktor Rasim Babayev vaxtaşırı olaraq kütləvi informasiya vasitələrində çıxış edərək, əahlini maarifləndirilməsi işinə töhfə verir. Məsələn, xəbərdarlıq edir ki, keçməyən və uzunmüddətli baş ağrıları zamanı vaxt itirmədən həkimə müraciət etmək vacibdir: “Çünki gecikmə halında genetik və bəzi risk amilləri nəticəsində beyində törəmələr əmələ gələ bilər. Aparılan tədqiqatların nəticələrinə əsasən, həmçinin texnoloji inkişaf, radiasiya, havanın çirkliliyi, viruslar, kimyəvi maddələr və genetikası dəyişdirilmiş qidalar da beyin şişlərinin əmələ gəlməsində rol oynayır. Baş ağrıları, mədə bulantısı, qusma, görmə pozulmaları, başgicəllənmə, yerimədə nizamsızlıq, bədənin bir hissəsində zəiflik və keyləşmə, unutqanlılıq, davranış pozulmaları və s. kimi əlamətlər olduğu təqdirdə vaxt itirmədən həkimə müraciət etmək çox vacibdir. Diaqnoz zamanı nevroloji müayinə ilə yanaşı, baş-beynin maqnit rezonans tomoqrafiyası da daha çox istifadə edilir. Müalicədə törəmənin cinsinə görə steroidlər, cərrahiyyə, radioterapiya və kimyaterapiya kimi üsullar tətbiq olunur. Bütün bu beyin şişlərinin müalicə üsulları son protokollara uyğun olaraq Milli Onkologiya Mərkəzində təşkil olunub”.
Təcrübəli mütəxəssis stressdən uzaq durmağı və yuxu rejiminə əməl etməyi, xüsusilə də uşaqları radiasiya mühitindən, mobil telefonlardan, mobil rabitə operatorlarının baza stansiyalarından, Wi-Fi kimi qaynaqlardan uşaqları uzaq tutmağı, qulaqlıqlardan çox istifadə etməməyi, gecə yatarkən mobil telefonlar söndürməyi tövsiyə edir. Həmçinin, qidalanmaya diqqət yetirməyi, immuniteti artıran qida və meyvələrdən istifadə etməyi, genetikası dəyişdirilmiş qidalardan yayınmağı, siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək kimi zərərli vərdişlərdən uzaq durmağı, təmiz havada kifayət qədər vaxt keçirməyi və idmanla məşğul olmağı məsləhət görür.
Aynurə Məmmədzadə adlı vətəndaşın saytların birində dərc olunmuş minnətdarlıq məktubunda deyilir: “Milli Onkologiya Mərkəzində neyrocərrahiyyə şöbəsinin müdiri Rasim Babayev mənim qardaşım Sahib Məmmədovu ölümün pəncəsindən xilas etdi. Qardaşım möhkəm başağrılarından əziyyət çəkirdi. Müayinə olunmaq üçün Milli Onkologiya Mərkəzinə müraciət etdik. Həkim-neyrocərrah Rasim Babayev qardaşımı hərtərəfli müayinə etdi və beynində törəmə olduğunu müəyyən etdi. Rasim həkimin təyin etdiyi dəqiq diaqnoz və əməliyyat nəticəsində bizim gözlədiyimizin əksi oldu. Belə ki, Rasim həkim ailəmizin nigarançılığına son qoydu… Biz Milli Onkologiya Mərkəzində olanda hamı onun haqqında xoş sözlər deyirdi. Hamı da vurğulayırdı ki, Rasim həkimin əli yüngüldür. Biz də bunun şahidi olduq… Mən öz ailəmiz adından Rasim həkim başda olmaqla Milli Onkologiya Mərkəzində çalışan həkimlərə təşəkkürlərimizi bildirirəm”.
Biz də bu arzulara qoşuluruq və inanırıq ki, uzman doktor Rasim Babayev uğurlarının sayını artırmaqla biz qələm adamlarına yazmaq üçün gözəl mövzular verəcəkdir.
Tural Kəlbəcərli
102info.az baş redaktor