
Heykəltəraş İlqar Balayev oğulları, rəssam heykəltəraş Akşin və Müstəqil ilə birlikdə, vaxtsız cavan yaşında dünyasını dəyişmiş Qənbərov Vüsal Talıb oğlunun və onun atası Talıb Qənbərovla yanaşı olan heykəlini hazırlayıblar.
Elə bəlkə, sondan başlayaq? Nə qədər ağır olsa da, bəzən, bir yazını qəhrəmanın həyat sonluğu ilə başlamaq da lazım gəlir. Masallının Yeddioymaq kəndində dünyaya göz açmış iki qardaşlar, Vüsal və Pərviz...
Ömürləri nağıl kimi oldu qardaşların, atalarını körpə ikən itirdilər... Vüsal yenicə ailə qurmuşdu, bir övladı var. Atasının adını vermişdi övladına. İndi bu evdə Talıb böyür. Onunda bəxti atasının eyni talehidir... Çünki Vüsalda uşaq ikən atası, Talıb Qənbərovu beləcə cavan itirmişdi.
Rəssam ilqar Balayev deyir ki, Vüsal, Pərviz qardaşları bizim evə gəlib, gedən olublar. Hazırda da övladlarım, Akşin və Müstəqil Vüsalın qardaşı, Pərvizlə dostluq və yoldaşlıq edirlər. Bir heykəltəraş atanın övladlarının dostuna onlarla yanaşı heykəl hazırlaması ağır, sözün əsil mənasında ağırlı mənzərədir!
Qeyd edək ki, bu heykəlin hazırlanması, mərhum Vüsalın qardaşı Pərvizin təşəbbüsü əsasında həyata keçirilmişdir.
Allah rəhmət eləsin!
Müəllif: Leqal.az





