XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi

XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
  • Cəmiyyət

  • XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə “Mirvarid Dilbazinin poeziya dünyası” mövzusunda ədəbi görüş keçirildi.

    Tədbirdə Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu, milli ədəbiyyatımızdakı yeri, poeziyasının bədii-estetik xüsusiyyətləri və şairin mənəvi irsinin bu gün də böyük maraq doğurduğu vurğulandı.

    Görüşdə şair, publisist Vaqif Osmanlı, Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin İdarə Heyətinin üzvü Azadə Quliyeva, əməkdar jurnalistlər Şəmsiyyə Kərimova və Əntiqə Qonaq, şair Səringül Sadə, aşıq Aidə Gülzar, eləcə də birliyin üzvü Səyalı Dadaşova çıxış etdilər.

    Çıxışlarda Mirvarid Dilbazinin Azərbaycan poeziyasına gətirdiyi yeniliklər, onun vətənpərvərlik, mənəvi dəyərlər, insan sevgisi ilə zəngin olan yaradıcılığı haqqında fikirlər səsləndirildi. Şairin həyat və yaradıcılığı ilə bağlı xatirələr bölüşüldü, onun dillər əzbəri olan şeirləri səsləndirildi.

    Ədəbi görüş iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Tədbir Xalq şairi Mirvarid Dilbazinin ölməz söz dünyasının, zəngin ədəbi irsinin yeni nəsillərə çatdırılması istiqamətində mühüm addımlardan biri oldu.
    PAYLAŞ:

    Oxşar xəbərlər