Şəhid İlkin Xosrovzadənin şəhadət ildönümüdür

Şəhid İlkin Xosrovzadənin şəhadət ildönümüdür
  • Cəmiyyət

  • Bu gün - 25 oktyabr Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan kiçik gizir Xosrovzadə İlkin Azay oğlunun şəhadətə qovuşduğu gündür.

    "Leqal" xəbər verir ki, İlkin Xosrovzadə 1997-ci il dekabrın 1-də Ağcabədi rayonunda anadan olub. Əslən Laçın rayonundandır. Subay idi.

    Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan İlkin Xosrovzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində ilk günlərdən döyüşlərə qatılıb.

    O, Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəhrəman hərbçimiz oktyabrın 25-də Zəngilan döyüşləri zamanı şəhid olub. O, II Şəhidlər Xiyabanında dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Xosrovzadə ölümündən sonra *"Vətən uğrunda" medalı* ilə təltif edilib.

    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Xosrovzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

    Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Xosrovzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər