Qəlbinin istisi, əlinin ustalığı, beyninin qeyri-adi fantaziya və düşüncəsi ilə yaratdığı əsərlər İlqar Balayevin fəlsəfi - nəzəri dünyagörüşüdür.
Fəlsəfəsi olmayan rəssam və heykəltəraş yaratdığı əsərləri olduğu kimi canlandıra bilməz... onun hazırladığı bütün heykəllər sanki “danışır”.
Əsl yaradıcı adamlar həmişə axtarışda olur.
İlqar Balayevin sözün əsil mənasında öz dünyası var. Onu təkcə duya bilən, başa düşən anlayar...
Leqal.az xəbər verir ki, məşhur fransız rəssamı Oskar Klod Monenin heykəlini hazırlayan İlqar Balayev ona olan rəğbətini müəyyənləşdirərək düzgün ideya, heykəl, sənətkarlığı seşmişdir.
Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu.
28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı. O, Luvru ziyarət etmək üçün Parisə getdiyində məsləkdaşlarının bir çoxu ilə dostluq əlaqələri qurdu.
1861-ci ildə 7 illik müqaviləylə orduya getsə də, iki il sonra xalasının köməyiylə tərxis olundu.
Bir il sonra isə artıq incəsənət universitetinin tələbəsiydi. Lakin burda Sisley, Renuar və Bazille ilə tanışlığı onda sənətə ayrı bir baxış yaratdı. Artıq o, həyatı fırça səsində, ya da rənglərin qarışığında axtarırdı.
Onun məşhurluğunun ilk addımı isə 1866-cı ildə çəkdiyi "Yaşıl paltarlı qadın" əsəri oldu. Burada o, gələcək həyat yoldaşını çəkib. Sonra isə Camille adlı həmin qadından onun iki uşağı dünyaya gəldi.
Fransa-Prussiya müharibəsi zamanı o, İngiltərəyə sığındı. 1871-ci ildə Fransaya dönən rəssamın ən gözəl əsərləri Parisdə yaradıb. 1879-cu ildə Mone həyat yoldaşını itirdi. 1883–1908-ci illər ərzində Ağdəniz sahillərinə səyahət edən rəssamın təbiət mövzulu əsərlərinin çoxu məhz burada kətana köçürülüb.
Rəssam 5 dekabr 1926-cı ildə dünyasını dəyişib.
Qeyd edək ki, İlqar Balayevin övladları, Müstəqil və Akşin Balayev qardaşları atalarının yolunu davam etdirilər. Onlarda ali təhsilli heykəltəraş, rəssamdılar. Eləcədə Masallı rayonunun mərkəzində yerləşən qəhrəmanlar parkının da müəllifdirlər.