Rayonun Tüklə kəndində şəhid Əli Nəcəfovun şəhadətinin 6-cı ildönümü anıldı

Rayonun Tüklə kəndində şəhid Əli Nəcəfovun şəhadətinin 6-cı ildönümü anıldı
  • Cəmiyyət

  • 22 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Tüklə kəndində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Nəcəfov Əli Seyran oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İnzibati işlər sektorunun müdiri İlkin Niftullayev, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.

    İştirakçılar şəhid Əli Nəcəfovun məzarını ziyarət edib, gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb.

    Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər