Naxçıvanda Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ildönümü qeyd olunur

Naxçıvanda Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ildönümü qeyd olunur
  • Cəmiyyət / Maraqlı

  • Naxçıvan şəhərində "Naxçıvan Müqaviləsinin 15-ci İldönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilir

    Leqal.az-ın  məlumatına görə, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində təşkil edilib.

    Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət ediblər, önünə gül dəstələri qoyublar.

    Daha sonra qonaqlar Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyində Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla yaxından tanış olublar.

    Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev, NDU-nun rektoru Elbrus İsayev, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edir.

    Tədbir panel iclaslarla davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər