Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 72 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 24, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 7 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 914 000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 032, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 388 040, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 260 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər