Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 90 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arsında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 822 027 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 508 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 592 nəfərdir.
Ölkədə son sutka ərzində 2 202, hazırkı dövrədək isə 7 269 145 test aparılıb.