Forum iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

Forum iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar
  • Cəmiyyət

  • Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

    Görüş zamanı  rektor Aqil Şirinov  forum iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Prezident cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılmış İnstitutun bakalavriat səviyyəsində təhsil “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə həyata keçirilir. Tələbələrə ixtisas fənləri ilə yanaşı  multikulturalizm, Azərbaycan tarixi, fəlsəfə, məntiq, eləcə də ərəb və ingilis dilləri tədris edilir. Aİİ-nin magistratura və doktorantura təhsil pillələri barədə də məlumat verən rektor əlavə edib ki, ali təhsil müəssisəsinin başlıca hədəflərindən biri ictimaiyyətə dinin düzgün şəkildə çatdırılmasını təmin etmək məqsədilə araşdırmalar aparmaq, cəmiyyətin din sahəsindəki ehtiyaclarını izləmək, yaranan problemlərə dair həll yolları təklif etməkdir.

    Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin yaradılması və fəaliyyəti barədə din xadimlərinə məlumat verib. Komitə tərəfindən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması ilə bağlı keçirilən müsabiqədə Aİİ məzunlarının fəallığını diqqətə çatdıran sədr müavini onların, ölkəmizin müxtəlif  bölgələrində imam, imam müavini və dini ayinlərin icraçısı kimi çalışdıqlarını xatırladıb.

    Forum iştirakçıları İnstitut və Kollecdə tələbələr üçün yaradılan şəraitlə də tanış olublar.

    Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yekunlaşıb.


    Müəllif: Leqal.az 





    PAYLAŞ:

    Oxşar xəbərlər