2025-ci ildə növbəti hərbi büdcəmiz haqqında

2025-ci ildə növbəti hərbi büdcəmiz haqqında
  • Cəmiyyət

  • Prezident İlham Əliyevin 18. 12. 24  tarixində İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibədə toxunduğu  hərbi büdcəmiz barədə çıxışı sosial  şəbəkələrdə, cəmiyyətdə maraqla qarşılanıb. Qalib liderin  iddialı çıxışına hər iki Qarabağ müharibəsinin şahidi olmuş,  itirilmiş uşaqlıq yaşayan, daim qalibiyyət yaşamaq arzusu ilə qəlbi alışıb yanan və bu zəfəri 44 günlük müharibədə dadan,  Şuşaya gedib üçrəngli bayrağın qonduğu yeri Kəbə bilib öpüb səcdə edib ağlayaraq şükaranlıq edib, qürur hissi yaşayan bir gənc kimi fikirlərimi bildirmək istədim. Mən siyasətçi deyiləm, qəlbi vətən sevgisi ilə döyünən bir gənc kimi bu məsələyə yanaşıram, olan qüsurlara görə öncədən üzr istəyirəm.
             
    Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib və 2025 ci ildə hərbi  büdcəmiz haqqında da fikirlərini də həmin müsahibədə  irəli sürüb. 
             
    Dövlət başçısı bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır."Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil.
             
    Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.
               
    Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik.

    Mən də bir gənc kimi düşünürəm ki, bu məcburiyyətlər olmasa idi bu vəsaitin müəyyən hissəsin Qarabağ ilə Şərqi Zəngəzur bölgələrinin bərpasına və  2025-ci il dövlət büdcəsində əks olunan, müdafiə investisiyaları, sosial xərclər və neft-qaz sektorundan azalan gəlirlərin idarə olunmasına yönəldə bilərdik.
             
    Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək.
    Bəli, onlar İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatı zamanı  utanaraq qaçdıqları, unandırıcı məğlubiyyətlərini, onlara vurduğumuz “dəmir yumruğun gücünü” xalqın əzmini ,Ali Baş Komandanın qətiyyətini unutmamalıdırlar. Amma çox təəsüf ki, erməni xisləti hələ də özünü göstərməkdədir. Onlar qeyri-leqal yollarla hərbi sursatlar əldə edirlər və təxribatlar törətmək niyyətindədirlər. Ona görə də Ali Baş komandanın uzaqgörən siyasətini ildən-ilə hərbi büdcənin artırılması fikrini dəstəkləyirəm. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanın 2024-cu ildə hərbə ayırdığı büdcə Ermənistanın ümumi büdcəsindən 4 dəfə , 2025-ci ildə isə daha çox olacaq.
               
    Beləliklə  Azərbaycanın 2025-ci il büdcəsi hərbi və sosial xərclər üçün iddialı hədəflər qoysa da, qarşıda ciddi fiskal problemlər durur. Azalan neft gəlirləri, borc xidmətlərinə artan öhdəliklər və inflyasiya təzyiqləri ölkənin iqtisadi gələcəyi ilə bağlı daha ehtiyatlı bir perspektiv yaradır. Hökumətin korrupsiyanı azaltmaq, fiskal şəffaflığı artırmaq və iqtisadiyyatı diversifikasiya etmək bacarığı, gələcək illərdə dayanıqlı inkişafa nail olmaq üçün həlledici olacaqdır.
               
    Bəli, bu gün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpasına nail olduq . Böyük Öndər Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm".Bir vətəndaş olaraq xalqın adından deyə bilərəm ki ,Ulu Öndərin dedikləri təsdiqini tapdı və çox xoşbəxtəm ki Qalib Liderin ,Qalib vətənin, qalib Xalqın qalib nümayəndəsiyəm.Və İlham Əliyev öz çıxışlarının birində demişdir ki , “Mən xoşbəxt adamam ki, ata siyasətini,ata arzusunu yerinə yetirdim.




    Allahverdiyeva Günay,
    Masallı şəhər İ.Əsgərli adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin Kitabxana müdüri 

    PAYLAŞ:

    Oxşar xəbərlər