Birliyimizi, gücümüzü dünya görəcək

Birliyimizi, gücümüzü dünya görəcək
  • Cəmiyyət

  • Doğma Azərbaycanımız 2024-cü ili də həyatın  bütün sahələrində uğurlarla başa vurur. İqtisadiyyatımız əvvəlki illərindəkindən möhkəmlənmiş, təhsildə, səhiyyədə kənd təsərufatında irəliləyişlər oldu.

    Bu il COP 29-un respublikamızda keçirlməsi ölkəmizin dünyada tanınması yolunda daha yüksək və şərəfli oldu. Azərbaycan dünya dövlətləri tərəfindən siyasi mövqeyni daha da genişləndirdi.

    Hazırda dünyanın media nümayəndələrini Azərbaycana daha çox gəlməsi, dünyada tanınmış dövlət başçısı ictimai-siyasi xadim, jurnalistlərin bütün ziqzaqlı sualarına sərbəst cəsarətli cavabları bəzi gözügötürməyən dövlət başçılarının məqsədlərini? tarıma çəkir, fikirlərini çaşdırır. Prezidentimiz  hələ də media işçilərinin Qarabağla bağlı ermənipərəst sualları üçün tutarlı cavablar tapıb onları susdurmaqdadır.

    Ancaq qədirbilən Azərbaycan xalqı heç bir məqsədsiz, ziyankar məfkurənin ardınca düşmür, kimin kim olduğunu yaxşı dərk edir.

    Möhtərəm prezdentimiz həmişə xalqına güvənir, bilir ki, Vətən müharibəsində ona dəstək verən bu millət öz rəhbərinə inanır və güvənir. Cənab İlham Əliyevin məmurlara daim ismariş göndərir ki, siz xalqın xidmətçilərisiniz, xalqı narazı salanlara həmişə sözünü deyir. Onların xalqa, millətə yaxın olmasını məsləhət görür.

    Yeni ildə pensiya və minumum əmək haqqlarının artırılması ölkə rəhbərinin daim xalqın rifah halının yüksəlməsi yolunda böyük və humanist adımddır.


     Müəlimllər, səhiyyə işçiləri, bütün sahələrdə çalışan əməkçilərin maddi vəziyyəti ilbəil  yüksəlməkdədir.
    Cənab İlham Əliyev  Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycanın çiçəklənməsi, güclü dövlətə malik olması üçün daim çalışır. Mən fəxarətlə bildirirəm ki, partiyamızın rəhbərinin ətrafında daha sıx birləşməklə Azərbaycanımız yaxın illərdə dünyada iqdisadi və siyasi müstəvisdə öz adının qızıl hərflərlə yazacaq.  

    Ali Baş Komandanımızın xalqına və dövlətimizə bügunkü rəhbərliyi bunu qəti deməyə rəvac verir.

               
    Həsənağa Əliyev,
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, veteran


    PAYLAŞ:

    Oxşar xəbərlər