Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Əliyev Ramin Vitali oğlu təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Goranboy RPŞ DYP bölməsində çalışıb.
Xocalı DYP-nın əvvəlki rəisi Nemət Məmmədov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə yaş həddi ilə bağlı təqaüdə göndərilib.
"LEQAL.AZ"