Masallılı heykəltaraş qardaşlar şəhid qardaşların heykəlini hazırladılar

Masallılı heykəltaraş qardaşlar  şəhid qardaşların heykəlini hazırladılar
  • Cəmiyyət / Maraqlı

  • Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. 

    Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır.

    Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir.

    Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!

    "Atasız böyütmüşdü onları anası Sevinc Əhmədova, birinin 27-di digərinin 26 yaşı vardı. Öz arzuları vardı mingəçevirli qardaşların. Onlardan biri nişanlı, digəri subay idi. Anası, qohum əqrəba Əlinin toyuna hazırlaşırdı. Bəy kostuyumu da elə otağında asılı qalıb. Vətən müharibəsinin ilk günü Sevinc ana əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alır. Əli və İslam Əhmədov qardaşları sevdikləri vətən uğrunda şəhid olurlar".

    Hykəltaraş qardaşları, Müstəqil və Aqşin Balayev bir çox vətənpərvərlik əsərləri yaradıblar.

    LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, heykəltaraş qardaşlar bu dəfə eyni gündə müharibəyə gedən və eyni gündə şəhid olan  iki qardaşın Əli və İslam qardaşlarının heykəlini düzəldiblər.

    Rəssam qardaşlar heykəldə iki qardaşın yanaşı dayandığını, böyük qardaş əlinin kiçik qardaşın çiynində olduğu göstərib. Görünür şəhid qardaşlar biri-birlərinə çox bağlı olublar. Bu da Allahın qismətidir.. 

    Şəhidlik zirvəsinə yüksələn qardaşların qohumları deyir ki, Əli yaxşı tankçı idi: ”Anasına deyərdi ki, “ay ana mən tankı yaxşı sürürəm, biz düşmənin belini qırırıq”. Əlinin  nişanı olmuşdu toya hazırlaşırdı toyu yarımçıq qaldı. Hamımız onun toyunu gözləyirdik. Onlar şəhidlik zirvəsinə ucaldılar. İki qardaş idilər, onlar hələ balaca olanda ataları rəhmətə gedib. Biz hamımız fəxr edirik ki, onlar vətən uğrunda canlarından keçdilər şəhidlik zirvəsinə ucaldılar”.

    Heykəl böyük peşəkarlıq və zövqlə yaradılıb. Həmçinin heykəltaraş qardaşların vətəninə, millətinə bağlılığı və diqqəti böyük qürur hissi ilə qarşılanıb.

    Heykətaraş qardaşlar deyirlər ki, şəhid heykəlləri sifariş deyil, öz istəyimizlə bu işiləri hazırlayırıq. Bu heykəlləri düzəltməkdə əsas məqsədimiz şəhidlərimizi tanıtmaq, onların xatirəsini gələcək nəsillərə öturmək, vətən uğrunda canını fəda edən oğullarımızın xatirəsini yaşatmaqdı. Şəkil elədi ki, solub, korlana bilər, heykəlsə həmişə qalır.

    Qeyd edək ki, heykəltaraş qardaşlar Vətən müharibəsində qazanılmış Böyük Zəfərimizə aid yeni kompozisiyanın müəllifidir.

    Gənc rəssamların atası İlqar Balayev də tanınmış rəssam və heykəltəraşdır.

    Müstəqil və Aqşin deyilər ki, bu sənətin sirrlərini atamız bizə öyrədib.

    Qəlbində daim Vətən məhəbbətini yaşadan və bu hissi hər şeydən üstün tutan gənc heykəltəraşlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

    Allah bütün şəhidlərimizi rəhmət eləsin! 


    PAYLAŞ:

    Oxşar xəbərlər