Azərbaycanda daha 42 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 42 nəfər koronavirusa yoluxdu
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutka ərzində koronavirusdan dünyasını dəyişmə qeydə alınmayıb.

    İndiyədək ölkədə ümumilikdə 792 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 023 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib. 341 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 048, bu günə qədər isə ümumilikdə 6 714 357 test icra olunub.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər