Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 2000-i keçdi

Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 2000-i keçdi
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 11 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 nəfər vəfat edib, aktiv xəstə sayı 15 518 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər