Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 979 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 938 nəfər müalicə olunaraq sağalıb, 9 694 nəfər vəfat edib, aktiv xəstə sayı 347 nəfərdir.
Ölkədə son sutka ərzində 4 339, hazırkı dövrədək isə 6 706 012 test aparılıb.
"LEQAL.AZ"