Azərbaycanda son sutkada 56 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib

Azərbaycanda son sutkada 56 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib. 

    Azərbaycanda indiyədək ümumilikdə 791 932 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 889 nəfər müalicə olunaraq sağalıb, 9 692 nəfər vəfat edib, aktiv xəstə sayı 351 nəfərdir.

    Ölkədə son sutka ərzində 4 489, hazırkı dövrədək isə 6 701 673 test aparılıb.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər